Mübahisə yaradan çıxışların anatomiyası - Səidə Bəkirqızı, belə olmaz axı!
30 May 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
595
16.04.2026, 18:35
Son illərdə şəhər mühitində ən çox narazılıq doğuran məsələlərdən biri parkların tədricən kommersiya obyektləri tərəfindən zəbt edilməsidir. Əvvəllər insanların pulsuz istirahət etdiyi, uşaqların sərbəst oynadığı yaşıl zonalar bu gün kafe, restoran və ödənişli əyləncə obyektlərinin təsiri altına düşməkdədir.
Parklar mahiyyət etibarilə hamı üçün açıq və pulsuz olmalıdır. Lakin reallıq fərqlidir. Bir çox hallarda park ərazilərində restoranlar genişlənərək yaşıllıq sahələrini daraldır,kafe masaları piyada yollarını tutur,giriş belə bəzən məhdudlaşdırılır.
Bu mövzu ətrafında Oxu24.com-a danışan sosioloq Naib Niftəliyev bildirir ki,müəyyən ərazilərin qanunsuz şəkildə zəbt olunması və həmin ərazilərdə icazəsiz tikililərin aparılması son illərdə aktual problemlərdən birinə çevrilib.
"Aparılan araşdırmalar nəticəsində 600 mindən artıq sənədsiz mənzilin aşkar olunması bu problemin miqyasını açıq şəkildə göstərir.
Bu fonunda parkların və istirahət zonalarının qanunsuz şəkildə zəbt olunması məsələsi də xüsusi diqqət tələb edir. Bəzən formal yollarla müəyyən sənədləşmə işləri aparılsa da, sonradan məlum olur ki, tikililər qadağan olunmuş ərazilərdə inşa edilib və ya onlara qanunsuz şəkildə rəsmi icazə verilib. Təəssüf ki, bu cür hallarla tez-tez rastlaşmaq mümkündür".
Ekspertin fikrincə kafe və restoranların fəaliyyəti cəmiyyət üçün müəyyən dərəcədə zəruridir. Lakin bu fəaliyyət qanunsuz ərazilərin zəbt olunması və ya qeyri-şəffaf yollarla torpaq ayrılması hesabına həyata keçirilməməlidir.
" Xüsusilə vətəndaşların istirahəti üçün nəzərdə tutulan parkların mühüm hissəsinin iaşə obyektlərinə çevrilməsi yolverilməzdir.
Şübhəsiz ki, parklarda müəyyən kiçik obyektlərin mövcudluğu zəruri ola bilər. Lakin bu obyektlər bələdiyyələrin səlahiyyətləri çərçivəsində, ictimai maraqlar nəzərə alınmaqla və bütün normativ tələblərə uyğun şəkildə fəaliyyət göstərməlidir. Əsas şərt isə odur ki, bu cür obyektlər vətəndaşların istirahətinə mane olmamalı və parkın ümumi estetik görünüşünü pozmamalıdır.
Əgər hər hansı iaşə obyekti parkın infrastrukturu hesabına genişlənir, yaşıllıq sahələrini məhv edir və ya insanların rahatlığını məhdudlaşdırırsa, bu artıq ciddi problem kimi qiymətləndirilməlidir. Parklar ilk növbədə yaşıllığın qorunması və insanların sağlam istirahəti üçün nəzərdə tutulub. Bu məkanların kommersiya maraqları naminə geniş miqyasda istifadəsi onların əsas funksiyasını arxa plana keçirir.
Bu istiqamətdə icra strukturları və bələdiyyələrin üzərinə mühüm məsuliyyət düşür. Onların səlahiyyətləri çərçivəsində daha effektiv nəzarət mexanizmləri tətbiq olunmalı, qanunsuz tikililərin qarşısı vaxtında alınmalıdır. Bununla yanaşı, bütün məsuliyyəti yalnız dövlət qurumlarının üzərinə qoymaq da doğru yanaşma deyil.
Cəmiyyət də bu prosesdə fəal iştirak etməli, qanunvericilik təşəbbüslərini dəstəkləməli, müvafiq qurumlarla əlaqə qurmalı və hüquqlarını qorumaq üçün düzgün ünvanlara müraciət etməlidir. Şikayətlərin sistemli və əsaslandırılmış şəkildə təqdim olunması bu sahədə müsbət dəyişikliklərə təkan verə bilər.
Nəticə etibarilə, cəmiyyətin fəallığı ilə dövlət qurumlarının koordinasiyalı fəaliyyəti bu problemin həllində əsas rol oynayır. Yalnız bu halda şəhər mühitinin qorunması və vətəndaşların rahat həyat şəraitinin təmin edilməsi mümkün ola bilər." - deyərək ekspert bildirib.
Hazırladı: Aysel
21:55 / 30 May 2026
8
21:39 / 30 May 2026
84
21:28 / 30 May 2026
106
21:19 / 30 May 2026
157
21:09 / 30 May 2026
58
20:59 / 30 May 2026
97
20:44 / 30 May 2026
111
20:34 / 30 May 2026
70
20:17 / 30 May 2026
70
20:10 / 30 May 2026
185
20:06 / 30 May 2026
416
19:59 / 30 May 2026
72
19:40 / 30 May 2026
160
19:29 / 30 May 2026
117
19:21 / 30 May 2026
85
19:09 / 30 May 2026
100
18:58 / 30 May 2026
119
18:49 / 30 May 2026
339
18:38 / 30 May 2026
388
18:26 / 30 May 2026
192
18:21 / 30 May 2026
553
18:16 / 30 May 2026
108
18:15 / 30 May 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.