Azərbaycanda bu MMC ləğv edildi
17 Aprel 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
182
15.04.2026, 19:39
Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. İntensiv yağışlar, dolu kimi təbiət hadisələri həm kənd təsərrüfatı, həm də şəhər infrastrukturu üçün ciddi risklər yaradır. Xüsusilə, ötən gün Bakıda və bəzi bölgələrdə yağan dolu məsələni daha da aktual etdi.
Bu cür hadisələr təkcə kəndlərə, məhsuldarlığa deyil, eyni zamanda müasir şəhərlərə də ziyan vurur. Uzun illər belə halların qarşısını almaq üçün bulud dağıdan toplardan istifadə edilib. Bəs görəsən, bir vaxtlar geniş tətbiq olunan bulud dağıdan toplar bu gün də istifadə edilir? Belə hallarda nə edilə bilər?
Oxu24.com xəbər verir ki, Mövzu ilə bağlı Teleqraf-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Azərbaycanda bulud dağıdan toplardan Sovet hökuməti dövründə istifadə edilirdiyini bildirib.
Qarabağ müharibəsindən sonra bulud dağıdan toplardan istifadə edilmədi
Onun sözlərinə görə, Sovet dövründə hansı ölkələrdə daha çox dolu düşürdüsə və intensiv yağışlar yağırdısa, orada bulud dağıdan toplardan istifadə edilirdi:
“Rusiyada da istifadə edilirdi. Məsələn, Kremlin qarşısında tədbirlər keçiriləndə buludları dağıtmaq üçün həmin toplardan istifadə edilirdi. Mən Moskvada təhsil aldığım və işlədiyim dövrdə tədbirlərə gedirdik. Tədbirlərə gedəndə yağış yağacağı ehtimalı ilə hazırlıqlı gedirdik. Onda bulud dağıdan topların səsini eşidirdik, gözümüzün önündə baş verirdi. Beləliklə, yağış yağmırdı və tədbirlər yaxşı keçirdi. İndi də Moskvada tez-tez yağışlar yağır. Xüsusilə, may ayında olur. Tədbirlər zamanı yağışın qarşısını almaq üçün yenə də bu üsuldan istifadə edirlər.
Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycan həmin toplardan istifadəni dayandırdı. Ondan sonra da istifadə olunmadı”.
V. Məhərrəmov bununla bağlı dəfələrlə təkliflər irəli sürüldüyünü deyib:
“Qonşu Gürcüstan da bundan istifadə edir. 100% qarşısını almasa da, müəyyən qədər kömək edir. Amma təəssüf ki, bunu başa düşən yoxdur. Şəhər infrastrukturunu qorumaq üçün iri şəhərlərdə də bu üsul tətbiq edilə bilər. Bu, əksər ölkələrdə, məsələn, Argentinada istifadə olunur”.
Bu yerlərə dolu düşməsi 10 dəfə artıb, ciddi problemlər var
V. Məhərrəmov qeyd edib ki, böyük şəhərlərdə, xüsusilə, dağ və dağətəyi rayonlarda dolu düşməsi son 10 ildə 10 dəfə artıb.
“Son zamanlar vaxtında proqnoz verməkdə də problem var. Qlobal istiləşmə ciddi problemlər yaradır. Müəyyən çətinliklər var. Dünənki dolunun yağması, intensiv yağışlar hələ heç nədir. Getdikcə vəziyyət pisləşir. Daha da güclü, intensiv yağışlar yağa bilər, daha çox dolu düşə bilər. Getdikcə artır və daha tez-tez baş verir”, - ekspert vurğulayıb.
Bulud dağıdan topların alınması baha deyil
Onun sözlərinə görə, amma müasir texnologiya avadanlıqları dərhal müəyyən etməyə imkan verir:
“İndiki dövrdə bu çox vacibdir. Mütləq belə risklərin qarşısını almaq üçün həmin avadanlıqların quraşdırılmasını təşkil edə bilərik. Bulud dağıdan topların alınması o qədər də baha deyil. Bunu həyata keçirmək üçün qısa müddət kifayətdir”,
Həmçinin oxuyun
14:25 / 17 Aprel 2026
28
14:15 / 17 Aprel 2026
29
13:55 / 17 Aprel 2026
33
13:26 / 17 Aprel 2026
52
13:05 / 17 Aprel 2026
62
13:01 / 17 Aprel 2026
403
13:00 / 17 Aprel 2026
55
12:50 / 17 Aprel 2026
72
12:35 / 17 Aprel 2026
58
12:25 / 17 Aprel 2026
71
12:18 / 17 Aprel 2026
203
12:12 / 17 Aprel 2026
65
12:00 / 17 Aprel 2026
86
11:56 / 17 Aprel 2026
60
11:49 / 17 Aprel 2026
64
11:45 / 17 Aprel 2026
75
11:43 / 17 Aprel 2026
60
11:40 / 17 Aprel 2026
1088
11:38 / 17 Aprel 2026
61
11:31 / 17 Aprel 2026
66
11:23 / 17 Aprel 2026
235
11:16 / 17 Aprel 2026
66
11:08 / 17 Aprel 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.