Azərbaycanda bu MMC ləğv edildi
17 Aprel 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
243
15.04.2026, 18:36
Üç regional təhsil idarəsinə yeni müdir müavinləri təyin olunub.
Oxu24.com "Azərbaycan müəllimi"nə istinadla Qarabağ, Gəncə-Daşkəsən və Şirvan-Salyan bölgələri üzrə təhsilin idarə olunması strukturunda yer alan yeni təyinatların detallarını təqdim edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb.
2020-ci ilədək müəllim kimi fəaliyyət göstərən Ruslan Rzayev 2020-2022-ci illərdə həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb.
2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Elmin Məmmədtağıyev əmək fəaliyyətinə 2017-ci ildə Lerik rayonunda Valeh Rəhimov adına Veri Əliabad kənd ümumi orta məktəbində müəllim kimi başlayıb
Həmçinin oxuyun
O, 2018–2022-ci illərdə Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2022-ci ildə fəaliyyətini Mərkəzi Aran Regional Təhsil İdarəsində davam etdirərək əvvəlcə məsləhətçi, daha sonra isə İnzibati təşkilat sektorunun müdiri vəzifələrində işləyib.
2025-ci ildən bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri kimi fəaliyyət göstərib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Baxışov Rəvan Baxış oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
1998-ci ildən əmək fəaliyyətinə başlayan Rəvan Baxışov 2020-ci ilə qədər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə, 2020–2022-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət
Xəzinədarlığı Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsində çalışıb.
Rəvan Baxışov təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsini icra edib..Redaktor.az
13:26 / 17 Aprel 2026
23
13:05 / 17 Aprel 2026
41
13:01 / 17 Aprel 2026
223
13:00 / 17 Aprel 2026
38
12:50 / 17 Aprel 2026
46
12:35 / 17 Aprel 2026
40
12:25 / 17 Aprel 2026
51
12:18 / 17 Aprel 2026
150
12:12 / 17 Aprel 2026
47
12:00 / 17 Aprel 2026
68
11:56 / 17 Aprel 2026
48
11:49 / 17 Aprel 2026
51
11:45 / 17 Aprel 2026
58
11:43 / 17 Aprel 2026
49
11:40 / 17 Aprel 2026
720
11:38 / 17 Aprel 2026
49
11:31 / 17 Aprel 2026
53
11:23 / 17 Aprel 2026
172
11:16 / 17 Aprel 2026
55
11:08 / 17 Aprel 2026
47
11:03 / 17 Aprel 2026
601
10:49 / 17 Aprel 2026
54
10:42 / 17 Aprel 2026
531
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.