Qaynar xətt:

(+99450) 247 90 86

Bu meyvələr xərçəng riskini azaldır 

Bu meyvələr xərçəng riskini azaldır 

CƏMİYYƏT

281

04.04.2026, 16:52

Gündəlik qidalanmada bəzi meyvələrin yer alması xərçəng riskinin azalmasına müsbət təsir göstərə bilər.

 

Oxu24.com  məlumatına görə, bildirilir ki, bu məhsullar xəstəliyin müalicəsi olmasa da, profilaktik baxımdan əhəmiyyətlidir. Araşdırmalara əsasən, alma tərkibindəki flavonoidlər və antioksidantlar sayəsində orqanizmdə hüceyrə zədələnməsinin qarşısını almağa kömək edir. Xüsusilə qabığı ilə birlikdə istehlak edilməsi daha faydalı hesab olunur. Eyni zamanda, portağal, limon və qreypfrut kimi sitrus meyvələri yüksək C vitamini ilə seçilir. Bu maddə immun sistemini dəstəkləyir və hüceyrələrin zədələnməsinin qarşısını almaqda mühüm rol oynayır. Şaftalı və digər rəngli meyvələrdə olan karotenoidlər və polifenollar iltihab əleyhinə təsir göstərir və xərçəng riskinin azalmasına dəstək verir.

 

Həmçinin, narın tərkibindəki güclü antioksidantlar bəzi tədqiqatlara görə xərçəng hüceyrələrinin inkişafını ləngidə bilər. Qaragilə, moruq və digər giləmeyvələr antosiyaninlərlə zəngindir. Bu maddələr hüceyrə sağlamlığını qoruyur və oksidləşdirici stressi azaldır. Bununla yanaşı, armudun tərkibindəki bioaktiv maddələr bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər. Alimlər qeyd edirlər ki, meyvələrdə olan flavonoidlər, polifenollar və digər fitokimyəvi maddələr sərbəst radikalları neytrallaşdıraraq hüceyrələrin zədələnməsinin qarşısını ala bilər. Bu isə xərçəng riskinin azalmasına təsir edən əsas amillərdən biri hesab olunur.