Bakıda torpaq və mənzil almaq istəyənlərə VACİB XƏBƏR: Ekspert PROQNOZ VERDİ
04 İyun 2026, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1225
04.04.2026, 12:52
Son illərdə daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı cəmiyyətin geniş təbəqəsini, xüsusilə də gənc nəsli ciddi narahat edən məsələlərdən birinə çevrilib. Bir zamanlar uzunmüddətli planlarla əlçatan görünən ev almaq arzusu, bu gün bir çoxları üçün əlçatmaz hədəfə çevrilməkdədir.
Qiymətlər niyə artır?
Ekspertlərin fikrincə, mənzil qiymətlərinin artmasına bir neçə əsas faktor təsir edir. Tikinti materiallarının bahalaşması, şəhərlərdə torpaq sahələrinin məhdudluğu və urbanizasiya prosesinin sürətlənməsi qiymətlərin yüksəlməsinə səbəb olur. Bununla yanaşı, əhalinin şəhərlərə axını və yeni yaşayış komplekslərinə artan tələbat da bazarda balansı pozur.
Bu mövzu ilə bağlı oxu24.com -danışan əmlak eksperti Anar Nəsirov bildirir ki, hazırki vəziyyətdə artıq illərdir ki,Bakı və ətraf qəsəbələrdə hər il müvafiq vahid dərəcələrində illik artım müşahidə olunur.Bu artıma nəzərən ipotekanın maksimum qiyməti 150 min manatdır.
"Gəlin baxaq görək bu qiymətə hansı tipli mənzillər almaq olar? Ən yaxşı halda şəhərə yaxın ərazilərdə və ancaq 70 ci illdən sonra tikilən 9 mərtəbəli binalarda 1 otaqlı mənzillər.Banklar əsasən bu tipli binaları ipotekaya yararlı hesab edir. Yəni ən yaxşı halda 1 otaqlı ev almaq mümkündür. Bu isə gənc ailələr üçün bir çox çətinliklər yaradır. Yəni ailə tərkibi artıqca bu mənzili dəyişmək məcburiyyətində qalan gənc ailələr bu tipli evləri ipoteka oldugunu üçün sata bilmirlərvə ya satdıqları halda pul itirirlər, yəni bu gun ipoteka üçün ayrılan vəsait ilə bazarda uyğunsuzluq görülür.
"Çox yaxşı olardı ki, ipoteka fondu tərəfindən gənclərə ,yeni ailə quranlara xüsusi güzəştlər olunsun.Bu nədən ibarət ola bilər: 1 ci ipoteka məbləğinin artırılması 2 -ci ipoteka müddətini 30-35 il qədər uzadılması.Bu şəkildə olarsa gənclər ödənişlərdən çətinliklər çəkməz, başqa xərclərini ixtisara salmağa məcbur qalmazlar. Bu təklif əsasən az gəlirli və orta gəlirli gənclər üçün əlverişli olan bilər.
Eləcə də dövlət səviyyəsində ipoteka fondu vasitəsilə layihələr etmək olar.Gənclərə yardım məqsədilə xüsusi komplekslərin tikilməsi və xüsusi imtiyazlarla gənclərə verilməsi bu problemin həllində böyük rol oyanayar.Məsələn onlar kirayə ödəniş etməkləvə eləcədə müvafiq faiz dərəcəsində ilkin ödəniş etməklə sonunda bu evlərin sahibi ola bilərlər.bu layihənin yeni ailələrin boşanma hallarına da müsbət təsir edə bilər.layihələrdən biri kimi də təklif etmək olar ki, torpaq sahələri ayrıla bilər ki gənclər öz maddi vəsaitləri ilə evlər tikə bilsinlər" deyə ekspert bildirib.
Hazırladı: Aysel
12:34 / 04 İyun 2026
5
12:16 / 04 İyun 2026
97
12:13 / 04 İyun 2026
30
12:09 / 04 İyun 2026
34
12:01 / 04 İyun 2026
36
11:59 / 04 İyun 2026
37
11:52 / 04 İyun 2026
34
11:48 / 04 İyun 2026
35
11:43 / 04 İyun 2026
44
11:29 / 04 İyun 2026
44
11:24 / 04 İyun 2026
99
11:19 / 04 İyun 2026
143
11:15 / 04 İyun 2026
543
11:13 / 04 İyun 2026
99
11:06 / 04 İyun 2026
92
10:58 / 04 İyun 2026
55
10:54 / 04 İyun 2026
57
10:46 / 04 İyun 2026
778
10:33 / 04 İyun 2026
49
10:27 / 04 İyun 2026
301
10:19 / 04 İyun 2026
401
10:18 / 04 İyun 2026
67
10:16 / 04 İyun 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.