Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
12 Noyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1001
04.04.2026, 21:41
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Oxu24.com xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb. Bildirilib ki, Türkiyə Prezidenti Administrasiyasının İstanbulda yerləşən Dolmabahçe İş Ofisində baş tutan görüşdə liderlər Türkiyə–Ukrayna ikitərəfli münasibətləri, Ukrayna–Rusiya müharibəsində sülh yolları, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər. Prezident Ərdoğan görüş zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında danışıqlara dəstəyinin davam edəcəyini, bölgənin daha çox sülh və sabitliyə ehtiyacı olduğunu bildirib. Ərdoğan Türkiyənin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini qeyd edərək enerji təchizatının təhlükəsizliyinin vacibliyini vurğulayıb.
O, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qətiyyətli olduğunu və bunun üçün zəruri addımların atılmağa davam edəcəyini bildirib, Ukraynanın Körfəz ölkələri ilə münasibətlərini inkişaf etdirməsindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, aprelin 3-də Prezident Ərdoğan ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. İki lider Yaxın Şərqdəki gərginliyi dəyərləndiriblər. Ukrayna–Rusiya məsələsi ilə bağlı Prezident Ərdoğan münaqişənin sülh yolu ilə başa çatması üçün Türkiyənin səylərinin qarşısının alınmamasının vacibliyini vurğulayıb. Bildirilib ki, Türkiyə bütün tərəflərə gərginliyi artıracaq addımlardan çəkinməyi tövsiyə edərək Qara dənizdə mülki gəmilərə hücumların sabitliyə zərər verdiyini və İranla bağlı müharibənin Rusiya–Ukrayna böhranında yeni qarşıdurma sahələri yaratmamalı olduğunu qeyd edir.Azərtac
17:53 / 12 Noyabr 2026
1
17:19 / 12 Noyabr 2026
56
16:25 / 12 Noyabr 2026
78
16:21 / 12 Noyabr 2026
100
15:55 / 12 Noyabr 2026
93
15:36 / 12 Noyabr 2026
451
15:15 / 12 Noyabr 2026
157
15:12 / 12 Noyabr 2026
93
14:15 / 12 Noyabr 2026
178
14:04 / 12 Noyabr 2026
459
13:59 / 12 Noyabr 2026
359
13:55 / 12 Noyabr 2026
126
13:45 / 12 Noyabr 2026
245
13:36 / 12 Noyabr 2026
338
13:29 / 12 Noyabr 2026
145
13:21 / 12 Noyabr 2026
163
13:20 / 12 Noyabr 2026
189
13:18 / 12 Noyabr 2026
606
13:16 / 12 Noyabr 2026
187
13:07 / 12 Noyabr 2026
508
13:04 / 12 Noyabr 2026
124
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.