İspanaq və qəhvə sizi cavanlaşdıracaq
12 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
769
04.04.2026, 09:47
Fövqəladə Hallar Nazirliyi (FHN)gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Oxu24.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır”, - məlumatda qeyd edilib.
Bildirilib ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
“Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.
Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar”.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
18:15 / 12 Noyabr 2026
7
18:07 / 12 Noyabr 2026
32
17:53 / 12 Noyabr 2026
55
17:19 / 12 Noyabr 2026
65
16:25 / 12 Noyabr 2026
82
16:21 / 12 Noyabr 2026
103
15:55 / 12 Noyabr 2026
95
15:36 / 12 Noyabr 2026
471
15:15 / 12 Noyabr 2026
165
15:12 / 12 Noyabr 2026
95
14:15 / 12 Noyabr 2026
182
14:04 / 12 Noyabr 2026
474
13:59 / 12 Noyabr 2026
373
13:55 / 12 Noyabr 2026
126
13:45 / 12 Noyabr 2026
246
13:36 / 12 Noyabr 2026
350
13:29 / 12 Noyabr 2026
145
13:21 / 12 Noyabr 2026
164
13:20 / 12 Noyabr 2026
189
13:18 / 12 Noyabr 2026
614
13:16 / 12 Noyabr 2026
189
13:07 / 12 Noyabr 2026
515
13:04 / 12 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.