Ulduz falı: 24 mart, 2026-cı il
24 Mart 2026, 01:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
248
23.03.2026, 23:17
Bir çox insan nəqliyyat vasitələri ilə uzun yol gedərkən ürəkbulanma, başgicəllənmə ilə qarşılaşır. Mütəxəssislərin fikrincə, bu əlamətlərə əsasən azyaşlılarda rast gəlinir.
Oxu24.com xəbər verir ki Mərkəzi Gömrük Hospitalının terapevti İsmayıl Əfəndiyev "ATV səhər" verilişində bu narahatlıqların qarşısını almaq yollarından danışıb.
Həkimin sözlərinə görə, insan orqanizmində vestibulyar aparatda xüsusi kristallar mövcuddur. Bəzən insan hərəkət edərkən gördüklərimiz və vestibulyar aparat tərəfindən beyinə ötürülən siqnallar arasında müəyyən uyğunsuzluq baş verir. Belə olan halda, orqanizm düzgün məlumat almadığına görə bu kimi əlamətlər özünü göstərir.
İ.Əfəndiyev qeyd edib ki, xəstəliyin tam müalicəsi olmasa da, əlamətlərini azaltmaq mümkündür:
Həmçinin oxuyun
"Əgər siz gəmi ilə hərəkət edirsinizsə, bu zaman gəminin orta hissəsində dayanmaq və hərəkət etməyən bir nöqtəyə, məsələn üfüqə baxmaq lazımdır. Qeyd olunanlara əməl etdikdən sonra əlamətlər keçməzsə, uzanıqlı vəziyyətdə gözləri yummaqla vestibulyar aparatı müəyyən qədər sakitləşdirmək mümkündür".
Həkim əlavə edib ki, bu problemlə qarşılaşan insanlar nəqliyyatda telefondan istifadə etməməli, kitab oxumamalıdır. Əks halda, bu, hərəkət xəstəliyi olan kinetozun əlamətlərini artıra bilər.
Qeyd olunub ki, yola çıxarkən dərman vasitələri və ya türkəçarə üsullardan istifadə olun bilər. Bu zaman limon, nanə və ya zəncəfil tamlı vasitələrdən istifadə effektivdir.
"Uzun yola qatar və ya təyyarə ilə çıxan kinetoza meyilli insanlara məsləhətim odur ki, yola çıxarkən heç bir qida qəbul etməsinlər və qazlı içkilərdən istifadə etməsinlər", - deyə qeyd edən İ.Əfəndiyev bu xəstəliyin bir çox hallarda irsi olaraq ötürüldüyünü bildirib.Saglamolun.Az
01:08 / 24 Mart 2026
115
00:34 / 24 Mart 2026
841
00:06 / 24 Mart 2026
219
00:04 / 24 Mart 2026
70
23:59 / 23 Mart 2026
198
23:46 / 23 Mart 2026
62
23:43 / 23 Mart 2026
179
23:36 / 23 Mart 2026
209
23:35 / 23 Mart 2026
92
23:16 / 23 Mart 2026
483
23:05 / 23 Mart 2026
96
23:05 / 23 Mart 2026
218
22:56 / 23 Mart 2026
100
22:52 / 23 Mart 2026
65
22:48 / 23 Mart 2026
82
22:42 / 23 Mart 2026
82
22:41 / 23 Mart 2026
66
22:33 / 23 Mart 2026
514
22:17 / 23 Mart 2026
135
22:17 / 23 Mart 2026
244
22:02 / 23 Mart 2026
657
21:59 / 23 Mart 2026
192
21:53 / 23 Mart 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.