Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
696
23.03.2026, 20:59
Beyin və yaddaşın işləmə prinsipləri haqqında maraqlı araşdırma nəticələri açıqlanıb. Nevrolog Qalib Əsədov bildirib ki, İsveçrənin Lozanna Universitetində aparılan təcrübələr göstərib ki, qısa müddətli yuxu öyrənilən informasiyanın uzun müddətli yaddaşa köçürülməsində mühüm rol oynayır.
Oxu24.com xəbər verir ki,təcrübədə tələbələr üç qrupa bölünüb.
Birinci qrupa dərsdən sonra yatmaq, ikinci qrupa istirahət etmək, üçüncü qrupa isə dərsdə öyrəndikləri mövzu ilə bağlı əlavə araşdırma aparmaq tapşırılıb. 3 saat sonra keçirilən test nəticələrində ən yaxşı nəticə yatan tələbələrdə müşahidə olunub, ən zəif nəticə isə internetdən əlavə məlumat toplayan qrupda qeydə alınıb.
Qalib Əsədov izah edir ki, qısa müddətli yaddaşın həcmi məhduddur və çoxlu informasiyanı eyni vaxtda qəbul etmək mümkün deyil. Bu səbəbdən məlumat qısa yaddaşa düşmədikdə, uzun müddətli yaddaşa keçmir. "Bu fenomenə 'muzei sindromu' deyilir – bir çox məlumatı ardıcıl olaraq qəbul edəndə beynimiz artıq qısa yaddaşda tutduğu informasiyanı saxlaya bilmir. Yarım saatlıq günorta yuxusu – siesta – qısa yaddaşı boşaldaraq dərsdə öyrənilən biliklərin mənimsənilməsini artırır", – deyə ekspert qeyd edib.
Əlavə olaraq, Afinada aparılan araşdırmalar göstərib ki, günorta yarım saatlıq yuxu infarkt riskini 37 faiz azaldır. Qalib Əsədov vurğulayıb ki, yuxu rejimi – gecə 7-8 saat və günorta qısa yuxu – beyin funksiyaları, yaddaş və ümumi sağlamlıq üçün vacibdir.
Yəni, dərslərdə və işdə yüksək məhsuldarlığı təmin etmək, beynin məlumatları düzgün emal etməsi üçün yalnız uzun gecə yuxusu deyil, günorta siestası da önəmlidir.
Nigar
00:49 / 13 Noyabr 2026
67
00:18 / 13 Noyabr 2026
76
00:17 / 13 Noyabr 2026
90
23:53 / 12 Noyabr 2026
492
23:51 / 12 Noyabr 2026
81
23:40 / 12 Noyabr 2026
120
23:34 / 12 Noyabr 2026
87
23:24 / 12 Noyabr 2026
522
23:20 / 12 Noyabr 2026
88
23:19 / 12 Noyabr 2026
91
23:18 / 12 Noyabr 2026
95
23:12 / 12 Noyabr 2026
92
23:03 / 12 Noyabr 2026
95
23:02 / 12 Noyabr 2026
194
22:59 / 12 Noyabr 2026
92
22:55 / 12 Noyabr 2026
107
22:49 / 12 Noyabr 2026
127
22:40 / 12 Noyabr 2026
103
22:24 / 12 Noyabr 2026
166
22:21 / 12 Noyabr 2026
107
22:13 / 12 Noyabr 2026
120
21:55 / 12 Noyabr 2026
109
21:39 / 12 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.