Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
13 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
789
23.03.2026, 21:43
Braziliyanın xarici işlər naziri Mauro Vieyra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlıq məsələləri, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, eləcə də Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəflər Azərbaycan və Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti və onun çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, iqlim gündəliyi üzrə əməkdaşlıq, habelə COP29 və COP30 çərçivəsində birgə əlaqələndirmə məsələləri müzakirə olunub.
Nazirlər Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyətini qeyd ediblər.
Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib.
Braziliya naziri həmçinin mövcud təhlükəsizlik vəziyyətində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə ölkəmizə dərin minnətdarlığını bildirib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
00:49 / 13 Noyabr 2026
67
00:18 / 13 Noyabr 2026
76
00:17 / 13 Noyabr 2026
90
23:53 / 12 Noyabr 2026
492
23:51 / 12 Noyabr 2026
81
23:40 / 12 Noyabr 2026
120
23:34 / 12 Noyabr 2026
87
23:24 / 12 Noyabr 2026
522
23:20 / 12 Noyabr 2026
88
23:19 / 12 Noyabr 2026
91
23:18 / 12 Noyabr 2026
95
23:12 / 12 Noyabr 2026
92
23:03 / 12 Noyabr 2026
95
23:02 / 12 Noyabr 2026
194
22:59 / 12 Noyabr 2026
92
22:55 / 12 Noyabr 2026
107
22:49 / 12 Noyabr 2026
127
22:40 / 12 Noyabr 2026
103
22:24 / 12 Noyabr 2026
166
22:21 / 12 Noyabr 2026
107
22:13 / 12 Noyabr 2026
120
21:55 / 12 Noyabr 2026
109
21:39 / 12 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.