Pensiya alanlara şad xəbər
13 Noyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9536
16.03.2026, 11:25
Avropa Şurasının Nazirlər Komitəsi quruma üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyətinə dair növbəti iclasını keçirib.
Oxu24.com xəbər verir ki, iclasda Azərbaycan tərəfindən də icra olunmayan bir sıra işlərlə bağlı müzakirələr aparılıb və hökumətə müvafiq qaydada çağırışlar edilib. Bunlar arasında diqqəti çəkən işlərdən biri də uzun illər əvvəl Macarıstanda erməni zabitini qətlə yetirən hərbçimiz Ramil Səfərovla bağlı olan məsələdir.
Belə ki, Ermənistan vətəndaşları “Makuçyan və Minasyan” Azərbaycana qarşı adlı ərizəyə əsasən, Avropa Məhkəməsi Azərbaycanın Ramil Səfərovu Bakıda cinayət məsuliyyətinə cəlb etməsinə dair qərar verib.
Nazirlər Komitəsinin açıqlamasında deyilir ki, Ramil Səfərov Macarıstandan Azərbaycana təhvil verildikdən sonra əfv edilib, vəzifədə irəli çəkilib və müavinətlərə layiq görülüb:
“Azərbaycana Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinin şərtlərinə uyğun olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin iştirakçısı olduğu istənilən iş üzrə yekun qərarlarına tam, səmərəli və operativ şəkildə riayət etmək öhdəliyini və öhdəliyini qətiyyətlə xatırladılır. Hakimiyyətin indiyədək bir neçə görüşdə susqunluğunu davam etdirməsindən və bu işdə davamlı irəliləyişin olmamasından dərin təəssüf hissi keçirir”.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında deyib ki, Avropa Şurasının Nazirlər Komitəsinin bu məsələni indiki məqamda gündəmə gətirməsi bir sıra suallar yaradır:
“Mən xatırlayıram ki, Avropa Məhkəməsinin qərarından sonra həmin erməni zabitinin ailəsinə kompensasiya ödənildi.
İndi Azərbaycanla Ermənistan arasında sülh prosesinin getdiyi bir dövrdə bunu gündəmə gətirmək hansısa qüvvələrin maraqlı olduğunu göstərir. Bu qüvvələr sülh prosesinə zərbə vurmağa çalışanlardır”.
YeniSabah
10:08 / 13 Noyabr 2026
8
10:02 / 13 Noyabr 2026
26
09:51 / 13 Noyabr 2026
61
09:46 / 13 Noyabr 2026
355
09:44 / 13 Noyabr 2026
63
09:38 / 13 Noyabr 2026
72
09:34 / 13 Noyabr 2026
99
09:33 / 13 Noyabr 2026
59
09:31 / 13 Noyabr 2026
64
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
798
01:42 / 13 Noyabr 2026
47
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1695
23:51 / 12 Noyabr 2026
215
23:40 / 12 Noyabr 2026
277
23:34 / 12 Noyabr 2026
141
23:24 / 12 Noyabr 2026
1098
23:20 / 12 Noyabr 2026
143
23:19 / 12 Noyabr 2026
150
23:18 / 12 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.