Bakıda AQEM Media Forumu keçirilir
01 Oktyabr 2026, 10:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1774
14.03.2026, 22:45
Tərtər rayonunda doğuş zamanı vəfat edən Röya Allahverdiyevanın atası Zahid Həsənov hadisə ilə bağlı Oxu24.com-a danışıb.
O,bildirib ki, qızının ölümünə Tərtər Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində çalışan mama-ginekoloq Ziyafət Məmmədovun səhlənkarlığı səbəb olub.
“Bizə 5 saat yalandan dedilər ki, həm qızı, həm də uşağı göstəririk. Görürdüm ki, dəqiqəbaşı başqa həkim gətirirlər. Nə baş verdiyini gizlədirdilər”, – deyə Zahid Həsənov bildirib.
Ata iddia edir ki, vəziyyətin ciddi olduğunu görərək Səhiyyə Nazirliyinə zəng edib. Onun sözlərinə görə, bundan sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasından həkim briqadası Tərtərə göndərilib.
Zahid Həsənov bildirir ki, Tərtər rayon doğum şöbəsinin baş həkimi, mama-ginekoloq Tağıyeva Tamella Alı qızı hadisə baş verən vaxt xəstəxanaya gəlmək istəməyib.
“Baş həkimi çox çətinliklə xəstəxanaya gətiriblər. Həkim xəstəxanaya gəlmək istəmirdi”, – deyə o bildirib.
Zahid Həsənov qeyd edib ki, qızının əvvəllər heç bir ciddi xəstəliyi olmayıb və hamiləlik dövründə daim həkim nəzarətində olub.
Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır. Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.
Tərtər rayonunda doğuş zamanı qadının vəfat etməsi ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda rayonun doğum şöbəsində çalışan həkimlərin siyahısı məlum olub.
Oxu24.com-un əldə etdiyi məlumatlara görə doğum şöbəsinin baş həkimi vəzifəsində mama-ginekoloq Tağıyeva Tamella Alı qızı çalışır.
Şöbədə fəaliyyət göstərən mama-ginekoloq həkimlər isə bunlardır:
Yusifova Gülarə Abbas qızı, Təhməzova Nazilə Vəli qızı, Əliyeva Ləman Sabir qızı, Baxşəliyeva Minirə Əvəz qızı, Aslanova Zöhrə Məmməd qızı, Məhərrəmova Afaq Rüstəm qızı və Məmmədova Ziyafət Soltan qızıdır.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin baş həkimi və ölüm hadisəsində günahkar olduğu iddia olunan mama-ginekoloq həkimi kimdir?
Tərtər Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin baş həkimi Tağıyeva Tamella Alı qızı 13.04.1961-ci ildə Tərtər rayonunda anadan olub. 1980-1986-cı illərdə Nəriman Nərimanov adına Tibb İnstitutunda Pediatr ixtisası üzrə təhsil alıb. 1987-ci ildə İnternaturanı Pediatr ixtisası üzrə bitirib. 1995-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Mama-ginekoloq ixtisası üzrə təhsil alıb. 1995-2012-ci illərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində Həkim-mama-ginekoloq vəzifəsində fəaliyyət göstərib. 2012-ci ildən etibarən Tərtər Rayon Mərkəzi Xəstəxanasında Ginekologiya və Doğum şöbəsində şöbə müdiri vəzifəsində fəaliyyətin davam etdirir.
Məmmədova Ziyafət Soltan qızı 26.08.1969-cu ildə Bərdə rayon Bəcirəvan kəndində anadan olub. 1989-1995-ci illərdə Nəriman Nərimanov adına Tibb İnstitutunda Müalicə profilaktika ixtisası üzrə təhsil alıb. 1995-ci ildə İnternaturanı Bərdə Rayon Mərkəzi Xəstəxanasında Mama-ginekoloq ixtisası üzrə bitirib. 1996-1998-ci illərdə Tərtər Rayon Bəyimsarov kənd həkim məntəqəsində Həkim-mama-ginekoloq vəzifəsində fəaliyyət göstərib. 1998-ci ildən etibarən Tərtər Rayon Mərkəzi Xəstəxanasında Həkim-mama-ginekoloq vəzifəsində fəaliyyətin davam etdirir.
Nərmin Balacayeva
10:18 / 01 Oktyabr 2026
1
10:09 / 01 Oktyabr 2026
25
10:05 / 01 Oktyabr 2026
43
09:51 / 01 Oktyabr 2026
111
09:50 / 01 Oktyabr 2026
45
09:47 / 01 Oktyabr 2026
49
09:39 / 01 Oktyabr 2026
48
09:32 / 01 Oktyabr 2026
57
09:28 / 01 Oktyabr 2026
54
09:15 / 01 Oktyabr 2026
47
08:56 / 01 Oktyabr 2026
157
08:54 / 01 Oktyabr 2026
58
08:47 / 01 Oktyabr 2026
55
08:46 / 01 Oktyabr 2026
50
08:03 / 01 Oktyabr 2026
68
23:02 / 30 Sentyabr 2026
109
22:17 / 30 Sentyabr 2026
5904
22:16 / 30 Sentyabr 2026
124
21:40 / 30 Sentyabr 2026
891
21:12 / 30 Sentyabr 2026
1456
21:10 / 30 Sentyabr 2026
85
20:44 / 30 Sentyabr 2026
86
20:38 / 30 Sentyabr 2026
551
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.