Bu bürclər üçün aprel çətin keçəcək
30 Mart 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2594
09.03.2026, 00:11
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda müəyyən dəyişikliklər edilib.
Dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 (bir) il müddətinədək verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Agentliyin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin ediləcək.
Eyni zamanda sahibkarlıq subyektlərin müraciətlərinə baxılma müddəti də optimallaşdırılıb. Müvəkkil təşkilat tərəfindən müraciətlərin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq və təqdim edilən müəyyən edilmiş göstəricilərə uyğunluğu Agentlik tərəfindən isə 10 iş günü müddətində yoxlanılaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləği təsdiqlənir və ya müvəkkil təşkilata əsaslandırılmış imtina məktubu göndərilir.
Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydanın 6-1.1-ci bəndinə uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in “aqrar ticarət altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür.
Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir.
Həmçinin, həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik tərəfindən faizlərin maliyyələşdirilən hissəsinin hesablanması və ödənilməsi dayandırılır.
Həmçinin oxuyun
Fərmana əsasən, Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 milyon manatlıq hissəsinin nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görməli, kreditlərin faizlərinin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.
Bəs, bu Fərman aqrar sektorun inkişafına necə töhfə verəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov deyir ki, cənab Prezidentin imzaladığı Fərman aqrar sektorun inkişafı üçün çox vacibdir:
“Fərmana əsasən aqrar sektora verilən kredit faizlərinin bir hissəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödəniləcək. Eyni zamanda, 2026-cı ilin Dövlət Büdcəsində kənd təsərrüfatı istehsalçılarına subsidiyaların ödənilməsi məqsədi ilə 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Həmin vəsaitdən həm də kredit faizlərinin ödənilməsi planlaşdırılır. Yeni qaydalar ilk növbədə fermerlər üçün kreditləri daha əlçatan edəcək. Məsələn, müvəkkil bank cəmi 15 gün ərzində fermerin müraciətinə baxıb cavab verməlidir. Maliyyələşmədən imtina edilərsə, o zaman bank bunu ciddi şəkildə əsaslandırmalıdır. Üstəlik, bankın imtina, həm də müsbət qərarı bundan sonra 10 gün ərzində Agentlik tərəfindən yoxlanılacaq və müvafiq addımlar atılacaq”.
Müsahibimiz daha bir vacib məqama toxunub:
“Müsbət məqamlardan bir də odur ki, fermerlər yeni qayda ilə 2026-cı ildə kredit əldə edə biləcəklər. Bir daha qeyd edirəm ki, verilən kredit faizlərinin müəyyən hissəsi Agentlik tərəfindən ödəniləcək. Bu da kredit yükünü azaldacaq və fermerlərin asanlıqla dövriyyə vəsaiti əldə etmələrinə imkan yaradacaq. Təbii ki, bu cür yanaşa aqrar sektorun inkişafında yeni səhifə açacaq”.
00:30 / 30 Mart 2026
7
00:17 / 30 Mart 2026
31
00:13 / 30 Mart 2026
41
23:57 / 29 Mart 2026
47
23:47 / 29 Mart 2026
37
23:34 / 29 Mart 2026
50
23:15 / 29 Mart 2026
54
22:53 / 29 Mart 2026
53
22:42 / 29 Mart 2026
59
22:11 / 29 Mart 2026
99
21:59 / 29 Mart 2026
79
21:37 / 29 Mart 2026
97
21:26 / 29 Mart 2026
223
21:09 / 29 Mart 2026
255
20:52 / 29 Mart 2026
216
20:42 / 29 Mart 2026
206
20:23 / 29 Mart 2026
71
20:09 / 29 Mart 2026
147
19:53 / 29 Mart 2026
80
19:40 / 29 Mart 2026
510
19:28 / 29 Mart 2026
124
19:05 / 29 Mart 2026
73
18:57 / 29 Mart 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.