Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO
23 İyul 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
03.03.2026, 13:05
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər (sənədlər) digər daşıma növləri ilə (o cümlədən taksi fəaliyyəti ilə məşğul olma) müqayisədə çox məhduddur və daha az sayda sənədlər tələb olunur.
Tələb olunan sənədlər isə əsasən məlumat xarakterli sənədlərdir (buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar, VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları müəyyən edən sənədlər). Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin (sənədlərin) müəyyən edilməsini nəzərdə tutur, hansı ki, bu tələblər sürücünün peşəkarlığının (xüsusi hazırlıq keçməsinin), sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, bu tələblər hazırda taksi ilə sərnişin daşımalarına və müntəzəm şəhərdaxili, şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına icazə verilməsi zamanı mövcuddur. Qeyd edilib ki, sifarişli daşımalarda (xüsusən də sərnişin daşımalarında) istifadə olunan nəqliyyat vasitələrinin orta yaşının 17,6 il olduğu nəzərə aldıqda, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi ilə həmin nəqliyyat vasitələrinin daşıma üçün təhlükəzliyinə tam şəkildə nəzarət etmək mümkün deyil.
Digər tərəfdən nəzərə alınmalıdır ki, ən çoxu 5 sərnişin daşınan taksi minik avtomobillərinə dair texniki, daxili və xarici tərtibatla bağlı tələblər olduğu halda 10-dan çox sərnişin daşıyan sifarişli sərnişin daşımalarında bu tələblərin olmaması daha ciddi təhlükələrə yol aça bilir.
Eyni zamanda, qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası; - avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.
Təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır. Dəyişikliklər çərçivəsində həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir.
Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır. Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
23:52 / 23 İyul 2026
61
23:40 / 23 İyul 2026
91
23:19 / 23 İyul 2026
59
22:37 / 23 İyul 2026
91
22:15 / 23 İyul 2026
85
21:57 / 23 İyul 2026
95
21:39 / 23 İyul 2026
79
21:26 / 23 İyul 2026
103
20:51 / 23 İyul 2026
99
20:18 / 23 İyul 2026
103
19:33 / 23 İyul 2026
98
19:13 / 23 İyul 2026
102
19:09 / 23 İyul 2026
95
18:57 / 23 İyul 2026
93
18:37 / 23 İyul 2026
101
17:59 / 23 İyul 2026
122
17:45 / 23 İyul 2026
93
17:35 / 23 İyul 2026
112
17:25 / 23 İyul 2026
102
17:12 / 23 İyul 2026
132
17:04 / 23 İyul 2026
341
17:00 / 23 İyul 2026
96
16:58 / 23 İyul 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.