Qaynar xətt:

(+99450) 247 90 86

Ailədəki insanlar niyə yola getmirlər? - Sosioloq vacib detalları AÇIQLADI

Ailədəki insanlar niyə yola getmirlər? - Sosioloq vacib detalları AÇIQLADI

CƏMİYYƏT

1416

27.02.2026, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Son günlər kriminal xəbərlər arasında təəssüfedici  hal yaradan amillərdən biri də ailədaxili gərginliklərin yaranması nəticəsində baş verən qətl hadisələridir. Gənc oğlan anasını, kişi xanımını, ata qızını öldürür. Ötən həftə Mingəçevirdə qadının əri tərəfindən, bu gün isə Şamaxıda 17 yaşlı oğlanın anasını bıçaqlanması cəmiyyətə təhlükəli bir xəbərdarlıq hesab olunmalıdır. Ailəni bu həddə hansı səbəblər çatdirir , yaxud, ailədaxili gərginlik niyə qətl həddinə çatır? 

Mövzu ilə bağlı Oxu24.com-a  sosioloq Sadiq Rüstəmli danışıb.

 O,bildirib ki,ailədaxili qətllər cəmiyyətdə çox vaxt “bir anlıq qəzəb”, “ailə münaqişəsi” və ya “psixoloji pozuntu” kimi izah olunur.

"Halbuki bu cür hadisələr ani deyil.Onlar illərlə yığılan sosial, psixoloji və ideoloji gərginliklərin son mərhələsidir. Xüsusilə Azərbaycana xas ailə modelində bu risklər sistemli xarakter daşıyır.Bu modeldə ailə çox vaxt sevgi və təhlükəsizlik məkanı yox, hakimiyyət, itaət və nəzarət mexanizmi kimi qurulur. Ata və ya kişi ailənin mütləq qərarverəni sayılır, qadın və övladların səsi isə ikinci plana keçirilir. Etiraz “hörmətsizlik”, sual vermək “ədəbsizlik” kimi təqdim olunur. Belə şəraitdə zorakılıq problem kimi deyil, “tərbiyə”, “ailəni qorumaq”, “nizam yaratmaq” adı altında normallaşdırılır. Zorakılığın ən görünməz, lakin ən dağıdıcı formalarından biri simvolik zorakılıqdır. Ərin qadına “çirkin”, “kök”, “sənə baxan kim olar?” kimi ifadələr işlətməsi sadə söz deyil. Bu cür ifadələr qadının bədənini, dəyər hissini və özünə inamını hədəf alır. Məqsəd təhqir yox, nəzarət və tabeçilik yaratmaqdır. Qadın zamanla özünü günahkar, əskik və susmalı biri kimi görməyə başlayır”. 

Sosioloq bu kimi hallarda  Pierre Bourdieu fikirlərini dəstəkləyir.

"Fransız sosioloqu bu prosesi “simvolik zorakılıq” adlandırırdı: zorakılıq fiziki güclə yox, dil, gündəlik münasibət və “normal” kimi təqdim olunan davranışlar vasitəsilə həyata keçirilir. Fiziki zorakılıqdan əvvəl çox vaxt məhz bu mərhələ gəlir — insan əvvəlcə dəyərdən salınır, sonra ona qarşı zorakılıq “haqlı” göstərilir. Azərbaycana xas risk faktorlarından ən təhlükəlisi isə “namus” anlayışının ideoloji xarakter daşımasıdır. Ata qızını fərd kimi yox, ailənin və kişinin şərəf simvolu kimi görür. Qızın davranışı, geyimi, seçimi şəxsi hüquq yox, “ailənin nüfuzu” kimi dəyərləndirilir. Bu səbəbdən qızın öldürülməsi çox vaxt şəxsi qəzəb aktı deyil, ideoloji əsaslandırılmış zorakılıqdır. Ata özünü cinayətkar yox, “ailəni və dəyərləri qoruyan” şəxs kimi görür. Məhz buna görə bu tip qətllər “namus məsələsi” adı ilə cəmiyyətdə bəzən gizli də olsa anlayışla qarşılanır. Bu isə zorakılığın ən təhlükəli formasıdır, çünki o, mənəvi don geyindirilmiş cinayətə çevrilir. Bu prosesləri sosioloji baxımdan izah edərkən Émile Durkheimin yanaşması mühüm əhəmiyyət daşıyır. Durkheimə görə, sosial normalar zəiflədikdə və qoruyucu institutlar işləmədikdə cəmiyyətdə anomiya, yəni normasızlıq yaranır. Azərbaycanda ailədaxili zorakılıq hallarında da çox vaxt nə hüquqi mexanizmlər vaxtında işə düşür, nə də ictimai qınaq effektiv olur. Nəticədə ailə daxilində fərd öz “ədalətini” özü tətbiq etməyə başlayır”.

Sosioloq  psixoloji səviyyədə isə Siqmund Freydin izahını  bu hadisələrin daxili mexanizmini açdığına inanır.

"Freyd göstərirdi ki, uzun müddət basdırılan aqressiya və qorxu bir gün ən yaxın və ən zəif obyektə yönəlir. Ailədaxili qətllərdə aqressiyanın məhz ana, həyat yoldaşı və ya övlad üzərinə boşalması təsadüfi deyil. Bu, ani şizofrenik dalğalanmalar deyil, uzun müddət basdırılmış emosiyaların yaratdığı ani şizofrenik dalğalanmalar fonunda ortaya çıxan nəzarətsiz davranış partlayışıdır. Nəticə etibarilə, ailədaxili qətllər nə fərdi psixoz, nə də təsadüfi qəzəb hadisəsidir. Onlar patriarxal ailə modeli, ideoloji “namus” anlayışı, simvolik zorakılıq və zəif sosial nəzarətin birgə yaratdığı sistemli riskin son mərhələsidir. Problemin həlli yalnız fərdi cəzalandırmaqla deyil, bu modeli yaradan dəyərlərin və münasibətlərin yenidən düşünülməsi ilə mümkündür”- deyə Sadiq Rüstəmli vurğulayıb.

 Əntiqə Rəşid

Digər xəbərlər

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

1

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

32

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

60

0
medialiteracy-media-gov
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

64

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

74

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

69

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

71

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

79

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

275

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

95

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

98

0