Qaynar xətt:

(+99450) 247 90 86

Təhlükə barədə XƏBƏRDARLIQ: Ət alarkən mütləq buna əməl edin, əks halda... 

Təhlükə barədə XƏBƏRDARLIQ: Ət alarkən mütləq buna əməl edin, əks halda... 

CƏMİYYƏT

61

23.02.2026, 23:39

Qloballaşan dünyada ərzaq məhsullarının ölkələr arasında sürətlə daşınması adi hala çevrilsə də, bu proses qida təhlükəsizliyi baxımından ciddi riskləri də özü ilə gətirir. Xüsusilə, çiy və bişmiş ət məhsullarının beynəlxalq dövriyyəsi həm sanitar-gigiyenik, həm də epizootoloji baxımdan ən həssas sahələrdən biri sayılır. Son illərdə müxtəlif ölkələrdə heyvan mənşəli xəstəliklərin yayılması, qida zəhərlənməsi halları və logistika zəncirində baş verən texniki problemlər ət məhsullarının daşınmasına nəzarətin daha da sərtləşdirilməsini zəruri edib.

Maraqlıdır, çiy və ya bişmiş ət məhsulları ölkələr arasında daşınarkən nə üçün xüsusi nəzarət tələb olunur?

Marketdəki meyvələrdə niyə iynə izi olur? - Ekspert Asim Vəliyev TƏHLÜKƏNİ AÇIQLADI: - Sağlam Qida

 Oxu24.com xəbər verir ki  mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, ət məhsullarının beynəlxalq daşınması qlobal qida zəncirində ən həssas və ciddi nəzarət tələb edən proseslərdəndir.

“Əsas təhlükə heyvan xəstəliklərinin və zərərli mikroorqanizmlərin bu yolla bir ölkədən digərinə keçməsi ehtimalıdır. Bu isə genişmiqyaslı xəstəlik dalğalarının yaranmasına səbəb ola bilər.

Daşınma zamanı “soyuq zəncir”in qırılması məhsulu qısa müddətdə təhlükəli hala gətirir. Bakteriyaların böyük hissəsi 5–60 dərəcə temperatur aralığında sürətlə çoxalır. Çiy ətin yüksək su aktivliyi və zəngin protein tərkibi patogenlər üçün ideal mühit yaradır. Uzun məsafəli daşınmalarda soyuducu sistemdə yaranan kiçik texniki nasazlıq belə, bir neçə saat ərzində bakteriya sayının milyonlara çatmasına səbəb ola bilər”.

Asim Vəliyev vurğulayıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı standartlarına əsasən, ət vasitəsilə Afrika donuz taunu, daban-ağız xəstəliyi və quş qripi kimi virusların ölkələr arasında yayılması mümkündür.

“Bu risk yalnız insan sağlamlığı üçün deyil, eyni zamanda idxalçı ölkələrin kənd təsərrüfatı və iqtisadi sabitliyi üçün də ciddi təhlükə yaradır.

İstehlakçılar çox vaxt bişmiş ətin tam təhlükəsiz olduğunu düşünsə də, qida texnologiyasında “çarpaz çirklənmə” anlayışı mövcuddur. Bişmiş məhsul qablaşdırma və ya daşınma zamanı çiy ətlə təmas edərsə və lazımi temperatur rejimi qorunmazsa, təhlükəli bakteriyalar üçün uyğun mühit formalaşa bilər”.

Mütəxəssis istehlakçılara yalnız baytar nəzarətindən keçmiş, sanitar-gigiyena qaydalarına əməl edən satış məntəqələrindən alış etməyi tövsiyə edir.

“Beynəlxalq daşınmış məhsulların üzərində ISO 22000 və ya HACCP təhlükəsizlik sistemlərinə uyğunluq nişanlarının olub-olmamasını yoxlamaq vacibdir. Bu, istehsalçının qida təhlükəsizliyi üzrə kritik nəzarət nöqtələrini idarə etdiyini göstərir”.

Qısa məsafəli daşınmalarda isə termal çantalardan və buz akkumulyatorlarından istifadə edilməsinin vacibliyi vurğulanır.

Ekspert xəbərdarlıq edib ki, səthində qoxu və ya rəng dəyişməsi hiss olunmasa belə, 5 dərəcədən yuxarı temperaturda iki saatdan artıq qalan çiy ətin istehlakı ciddi qida zəhərlənməsi riski yaradır.

Bundan əlavə, bəzi emal olunmuş ət məhsullarında istifadə olunan rəngləndirici və dadlandırıcı qatqıların həssas insanlarda sağlamlıq problemlərinə səbəb ola biləcəyi də diqqətə çatdırılıb.