ƏMR İMZALANDI:Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
13 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1948
21.02.2026, 21:12
Model, bloqer Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi barədə məlumat vermişdik.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə vəzifəsindən azad edilən Anar Pirməmmədovla bağlı bəzi məqamlar diqqət çəkir.
Oxu24.com-un məlumatına görə, Anar Pirməmmədovun atası Həsrət Pirməmmədov uzun illər prokurorluq orqanlarında çalışıb.
O, sovet dövründə keçmiş Puşkin (indiki Biləsuvar) rayonunda prokuror köməkçisi vəzifəsində işləyib. Daha sonra Baş Prokurorluğun Dövlət İttihamı İdarəsində fəaliyyət göstərib, xüsusilə mühüm işlər üzrə müstəntiq kimi çalışıb.
Həsrət Pirməmmədov sabiq baş prokuror Eldar Həsənovun rəhbərliyi dövründə Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.
Sonrakı mərhələdə isə Səbail rayon prokuroru vəzifəsində fəaliyyət göstərib.
Zakir Qaralovun baş prokuror olduğu dövrdə Yasamal rayon prokuroru vəzifəsinə gətirilib. O, həmin rayonda iki müddət səlahiyyətlərini icra etdikdən sonra yenidən bu vəzifəyə təyin olunub.
Yasamal rayon prokuroru işlədiyi dövrdə onun müavinlərindən biri sonradan Milli Məclisə deputat seçilən,Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev olub. Bildirilir ki, həmin dövrdən etibarən bu çevrədə müəyyən yaxın münasibətlər formalaşıb.
Mənbələrin məlumatına görə, ailənin digər üzvləri də müxtəlif dövlət qurumlarında fəaliyyət göstəriblər.
Həsrət Pirməmmədovun qardaşı uzun müddət Təhsil Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. Digər qardaşı İlham Pirməmmədov bədən tərbiyəsi təhsili almasına baxmayaraq, hazırda Texniki Universitetdə prorektor vəzifəsində çalışır.
CityPost.az yazır ki,ailənin daha bir üzvü,Anar Pirməmmədovun qardaşı – Atakişi Pirməmmədov isə Ədliyyə Nazirliyində mühüm vəzifələrdən birində çalışır.
Saytın yazdığına görə, Pirməmmədovlar əslən Qazax rayonunun Daşsalahlı kəndindəndilər.
Miri Məcidli
22:18 / 13 Noyabr 2026
1
22:13 / 13 Noyabr 2026
30
22:03 / 13 Noyabr 2026
59
21:43 / 13 Noyabr 2026
483
21:36 / 13 Noyabr 2026
70
21:29 / 13 Noyabr 2026
95
21:24 / 13 Noyabr 2026
70
21:03 / 13 Noyabr 2026
86
20:58 / 13 Noyabr 2026
92
20:50 / 13 Noyabr 2026
972
20:41 / 13 Noyabr 2026
121
20:37 / 13 Noyabr 2026
94
20:35 / 13 Noyabr 2026
78
20:20 / 13 Noyabr 2026
99
20:09 / 13 Noyabr 2026
319
20:06 / 13 Noyabr 2026
93
20:05 / 13 Noyabr 2026
96
19:58 / 13 Noyabr 2026
321
19:53 / 13 Noyabr 2026
221
19:41 / 13 Noyabr 2026
127
19:38 / 13 Noyabr 2026
759
19:35 / 13 Noyabr 2026
112
19:30 / 13 Noyabr 2026
379
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.