Qaynar xətt:

(+99450) 247 90 86

Bu üsulla kart məlumatlarınız ələ keçirilir - XƏBƏRDARLIQ

2025/01/24/1737664712_bank_kart.jpg

CƏMİYYƏT

114

16.02.2026, 23:35

"Krediti, borcu olan yazsın, kömək edim"... Ərzağa ehtiyyacı olan yazsın, köməklik göstərim"... Son günlərdə sosial şəbəkələrdə, xüsusi ilə də TikTok-da bu cür elanlar paylaşan səhifələr çoxalıb...

Oxu24.com  xəbər verir ki, “Xəzər Xəbər”in "WhatsApp" qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, tiktokda canlı açan səhifəyə daxil olub. Daha sonra yardım üçün yazıb və səhifənin əsl niyyətinin fərqli olduğunu öyrənib.

Turqay Həsənovun sözlərinə görə, bütün məlumatları alan qarşı tərəf daha sonra nömrələri bloklayır.

Biz də həmin səhifədəki nömrələrlə əlaqə saxlamağa çalışdıq. Amma nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta digər nömrələr söndürülmüşdü.

Səhifədəki videolara yazılan şərhələrdə isə bu şəxslərin qurbanı olanların sayının çox olduğu açıq-aydın görünür.

Ekspertlər isə insanları hər hansı kart məlumatlarını paylaşan zaman daha diqqətli olmağa səsləyirlər. Tanımadıqları heç kimə şəxsi və kart məlumatlarını verməməyi tövsiyə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.