Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
750
16.02.2026, 23:50
Siqaretə başlanılan ilk illərdən etibarən ürək xəstəliyinə xas əlamətlər meydana çıxa bilər. Təəssüf ki, pasiyentlər çox vaxt bu əlamətləri ürəklə əlaqələndirmirlər. Onlar bunu yorğunluq, əsəb gərginliyi və ya “sinir ağrısı” kimi yozurlar. Belə yanlış yanaşma isə sonda ciddi fəsadlara — qəfil ürək ölümü və tromboembolik ağırlaşmalara gətirib çıxara bilər.
Oxu24.com bildirir ki,siqaret çəkənlər bilməlidirlər ki, ilk növbədə zərbə ürəyə dəyir.
Damarlar zədələnir və ən çox hallarda ürəyin tac (koronar) damarları zərər görür. Lakin problem təkcə ürəklə məhdudlaşmır. Eyni zamanda ayaq damarları da zədələnir.
Aşağı ətraflarda qan dövranının pozulması fasiləli axsama, ayaqlarda tez yorulma, ağrı və keyimə ilə özünü göstərə bilər. Proses irəlilədikcə damar çatışmazlığı dərinləşir və nəticədə hətta qanqrena, ayağın amputasiyası kimi ağır nəticələrə səbəb ola bilər.
Xüsusilə şəkərli diabet və arterial hipertenziyası olan insanlarda siqaret damarları daha sürətlə və daha ağır dərəcədə zədələyir.
Yəni əlavə risk faktorları olduqda təhlükə bir neçə dəfə artır. Buna görə də yanaşı risk faktorları olan şəxslər siqaretin yaratdığı təhlükəni daha ciddi qiymətləndirməli və bu vərdişdən imtina etməlidirlər.
Nigar
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.