Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1104
16.02.2026, 19:53
Bloqer Ata Abdullayev azadlığa çıxdıqdan sonra həbsinin pərdəarxası ilə bağlı yayılan iddialara münasibət bildirib. O, həbs olunmasının keçmiş administrasiya rəhbəri Ramiz Mehdiyev ilə əlaqəli olması barədə gəzən söz-söhbətləri qəti şəkildə təkzib edib.
Oxu24.com xəbər verir ki,Demokrat.az-a danışan bloqer bu iddiaların tamamilə əsassız olduğunu vurğulayaraq bildirib ki, həbsinin Ramiz Mehdiyev ilə heç bir əlaqəsi yoxdur. O, barəsində çıxarılan qərarlara hər zaman hörmətlə yanaşdığını və cəzasının böyük hissəsini çəkdiyini qeyd edib. Ata Abdullayev ölkədə ədalətin təmin olunmasını dövlət başçısının fəaliyyəti ilə əlaqələndirib:
"Bütün bu ədalətin təmin olunmasının əsas qurucusu isə İlham Əliyevdir. Allah onu və birinci xanım Mehriban Əliyevanı başımızdan əksik etməsin".
Sosial şəbəkə hesabında daha geniş müraciət yayımlayan bloqer uzun ayrılıqdan sonra azad vətəndaş kimi hisslərini bölüşməkdə çətinlik çəkdiyini gizlətməyib.
O, məhkumluq dövründə dövlətin dəstəyini hər zaman hiss etdiyini bildirib.
Müraciətində vaxtından əvvəl azadlığa buraxılmasını ölkədəki humanizm prinsiplərinin nümunəsi kimi qiymətləndirib.
"Mən bu dayağa - dövlətimizin güc və qüvvətinə söykənib, ömrümün ən ağır sınağından şərəflə çıxmağı bacardım, zindan həyatının ağırlıq və məşəqqətinə sinə gərə bildim. Barəmdə azadlıqdan məhrumetmə cəzasını müəyyənləşdirən məhkəmənin canımızın fəda olduğu Azərbaycan dövləti adından qərar çıxarması amili mənə ikiqat güc və qüvvət verdi", — deyə o vurğulayıb.
Ata Abdullayev beş illik məhbus həyatı zamanı mənəvi dəstəyini əsirgəməyən ailəsinə və dostlarına minnətdarlığını ifadə edib.
Bloqer bundan sonra da fəaliyyətini dövlətə xidmət yolunda davam etdirəcəyini qeyd edərək müraciətini bu sözlərlə tamamlayıb:
"Bu gün 'dəmir yumruq' kimi yenidən bütövləşib ölkəmizi və xalqımızı yeni-yeni uğurlara daşımaq hər birimizin müqəddəs borcudur. Dövlət öz vətənini sevən, övladlıq və vətəndaşlıq borcunu xalqına və millətinə qaytarmağı bacaran insanları ilə güclüdür".
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.