Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
768
16.02.2026, 20:01
Bələdiyyə sənədli evlərin və torpaqların sənədləşdirilməsi mümkündür, amma burada əsas problem ilkin torpaq ayırma sənədinin düzgün və tam rəsmiləşdirilməsidir.
Misal üçün, alqı-satqı müqaviləsində “Torpaq və Xəritəçəkmə Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Xidməti sisteminə daxil olan qurumların) rəyi təsdiq olunub” hissəsi boşdursa, qeydiyyat orqanı bunu ciddi çatışmazlıq sayır və çıxarış verməkdən imtina edir. Praktikada bir çox imtinalar məhz bu səbəbdən olur.
Ancaq bu o demək deyil ki, vəziyyət ümidsizdir. Şans var və bu şans əsasən məhkəmə qaydasındadır.
Oxu24.com xəbər verir ki,əgər eyni küçədə, eyni cərgədə yerləşən qonşular da vaxtilə bələdiyyədən torpaq alıb və onların sənədləri də eyni formada olubsa, lakin onlar artıq çıxarış (yəni mülkiyyət hüququnun dövlət qeydiyyatı) alıblarsa, bu, sizin üçün hüquqi əsas yaradır.
Burada “inzibati praktika” anlayışı önə çıxır. Yəni dövlət orqanı eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli yanaşa bilməz. Eyni əsaslarla birinə çıxarış verib, digərinə imtina etmək bərabərlik prinsipinə ziddir.
Belə halda vəkil vasitəsilə məhkəməyə müraciət etmək mümkündür. Məhkəmədə tələb belə qoyula bilər:
qonşuların ilkin torpaq ayırma sənədləri məhkəməyə təqdim olunsun və müqayisə edilsin. Əgər onların sənədlərində də həmin “xəritə təsdiqi” hissəsi yoxdursa, amma buna baxmayaraq mülkiyyət hüquqları qeydiyyata alınıbsa, bu, sizin xeyrinizə ciddi arqumentdir.
Məhkəmənin diskresion (qiymətləndirmə) səlahiyyəti var. O baxacaq ki: – Torpaq qanuni qaydada bələdiyyə tərəfindən ayrılıb ya yox
– Ərazi hər hansı dövlət ehtiyacı üçün nəzərdə tutulubmu
– Kommunikasiya xətləri, qorunan zona, yol və ya xüsusi rejimli ərazi varmı
– Tikili faktiki mövcuddurmu və uzun müddətdir istifadə olunubmu
Əgər bu baxımdan maneə yoxdursa, məhkəmə mülkiyyət hüququnun tanınması barədə qərar verə bilər. Həmin qərar əsasında artıq qeydiyyat orqanı çıxarış verməyə borcludur.
Yəni, bələdiyyə torpağı üzərində tikilmiş evin sənədləşdirilməsi mümkündür, amma inzibati qaydada mümkün olmadıqda, məsələ məhkəmə yolu ilə həll olunur. Təcrübədə bu cür işlər çox olub və müsbət nəticə alınan hallar kifayət qədərdir.
Hazırladı: Miri Məcidli
18:33 / 27 İyul 2026
4
18:30 / 27 İyul 2026
28
18:22 / 27 İyul 2026
22
18:20 / 27 İyul 2026
2812
18:10 / 27 İyul 2026
43
17:59 / 27 İyul 2026
47
17:40 / 27 İyul 2026
55
17:23 / 27 İyul 2026
133
17:07 / 27 İyul 2026
69
17:00 / 27 İyul 2026
70
16:42 / 27 İyul 2026
70
16:21 / 27 İyul 2026
71
16:18 / 27 İyul 2026
177
16:16 / 27 İyul 2026
92
15:59 / 27 İyul 2026
101
15:45 / 27 İyul 2026
86
15:21 / 27 İyul 2026
94
15:20 / 27 İyul 2026
93
15:17 / 27 İyul 2026
74
14:59 / 27 İyul 2026
87
14:34 / 27 İyul 2026
84
14:28 / 27 İyul 2026
75
14:04 / 27 İyul 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.