Allahşükür Paşazadə sabah Vatikana gedir
07 Fevral 2026, 11:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
215
07.02.2026, 08:54
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.
Oxu24.com xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub.
1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub.
2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə verilib.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Mübariz İbrahimovun son məktubu çox dərin mənaya malikdir. Bu məktub onun Vətənə, millətə olan sevgisini, həmçinin şəhidlik yoluna necə qəlbən hazır olduğunu göstərir. Məktubda Mübariz öz ailəsinə və yaxınlarına, həmçinin bütün Azərbaycan xalqına olan duyğularını səmimi şəkildə ifadə edib.
Həmçinin oxuyun
Mübariz İbrahimovun həmin məşhur məktubu:
"Əziz anam, atam, bacım və qardaşım,
Mən bu məktubu yazarkən artıq bilirdim ki, bu döyüş mənim son döyüşüm olacaq. Amma Vətən uğrunda canımı vermək mənim ən böyük arzumdur. Mən döyüşə gedirəm və bu yolun sonu şəhidlikdir. Mənim üçün ən böyük arzu, torpağımın azadlığı, xalqımın xoşbəxtliyidir.
Sizdən, valideynlərimdən xahiş edirəm ki, mənim ardımca ağlamayın, çünki mənim döyüşüm Azərbaycan xalqının uğrunda, torpağımızın azadlığı uğrundadır.
Hər bir Azərbaycan əsgəri kimi, mən də bu müqəddəs yolda öz vəzifəmi yerinə yetirəcəyəm. Mənim həyatımın ən şərəfli günü, bu torpaqlar uğrunda həyatımı qurban verməkdir.
Valideynlərim, mənə heç vaxt ağlamayın, Vətən uğrunda canımı fəda etmiş bir insanın övladı olduğunuz üçün hər zaman qürurlanacaq və başınız uca olacaq."
Bu məktub, Mübarizin dərin Vətən sevgisini, ailəsinə olan səmimi münasibətini və vətənpərvərliyini ən yaxşı şəkildə əks etdirir. Bu sözlər həm də bizə qəhrəmanlığın nə qədər ağır və müqəddəs bir yolda olduğunu bir daha xatırladır.
Qəhrəman Mübariz İbrahimovun ruhu daim yaşasın!
Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.
2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.
2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılıb.
11:46 / 07 Fevral 2026
22
11:04 / 07 Fevral 2026
332
10:01 / 07 Fevral 2026
406
09:59 / 07 Fevral 2026
157
09:21 / 07 Fevral 2026
551
09:09 / 07 Fevral 2026
195
08:44 / 07 Fevral 2026
675
08:42 / 07 Fevral 2026
1993
02:29 / 07 Fevral 2026
832
01:12 / 07 Fevral 2026
1466
23:59 / 06 Fevral 2026
709
23:49 / 06 Fevral 2026
288
23:39 / 06 Fevral 2026
264
23:29 / 06 Fevral 2026
243
23:18 / 06 Fevral 2026
351
23:05 / 06 Fevral 2026
314
22:56 / 06 Fevral 2026
3618
22:38 / 06 Fevral 2026
342
22:36 / 06 Fevral 2026
465
22:34 / 06 Fevral 2026
276
22:26 / 06 Fevral 2026
457
22:17 / 06 Fevral 2026
699
22:13 / 06 Fevral 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.