Hərbi xidmətə çağırışla bağlı ən çox verilən suala cavab..
22 İyul 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
3964
07.02.2026, 02:29
Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqovun vərəm xəstəsi olduğu bildirilir.
Oxu24.com xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev feysbukda paylaşım edib.
O bildirib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş:
“Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir.
Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır”.
Həmin paylaşıma rəy yazan hərbi bloqer Tofiq Şahmuradov isə aşağıdakıları əlavə edib:
“Rəhmətə gedən əsgərin yaxınları bir az öncə mənimlə əlaqəyə çıxdılar. Atası yoxdur, anası böyüdüb. 25 yaşı olub, ağır vərəm xəstəsi imiş. Bir neçə dəfə xəstəliyinə görə həyati təhlükə yaşıyıb və bu səbəbdən 7 il hərbi xidmətə aparılmayıb.
Buna baxmayaraq bu çağırışın son günlərində qəfil göndərilib. Belə ağır vərəm xəstəsi yüzlərlə əsgərin içinə necə göndərilib? Bu, orduya qarşı böyük təxribatdır, vərəm xəstəliyi keçicidir. İnsanlar yoluxa bilər. Əsgər xidmətə gedəndən 4-5 gün sonra vəziyyəti ağırlaşıb, xəstəxanada vəfat edib”.
Qeyd edək ki, Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedibmiş.qafqazinfo
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.