Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”
12 May 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1146
15.01.2026, 11:47
Bu gün Azərbaycan xalqının taleyində 2 mühüm hadisənin il dönümüdür.
Oxu24.com xəbər verir ki, bu iki hadisə Azərbaycan xalqına milli hökümətlə, Rusiya imperiya daxilində asılı dövlətin müqayisəsini də tam qabarıq göstərə bilir.
Qarabağ General-Qubernatorluğu - 107
Qarabağ general-qubernatorluğunun yaranması Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir.
Əvvəl qubernatorluğun yaranmasının vacibiyyətindən danışaq: 1813-1828-ci illərdə Çar Rusiyası müxtəlib ölkələrdən Qərbi Azərbaycan torpaqlarına köçürdüyü hay-boşa tayfalarını yerləşdirməyə başladıqdan sonra onları silahlandırararaq daha böyük əraziləri işğal etməsini təmin etdi. Qərbi Azərbaycan torpaqlarında misli görünməmiş soyqırımlar , faciələr, qətllər törədən erməni silahlı dəstələri Qarabağın dinc əhalisinə qarşı da soyqırım və qırğınlar yaradırlar. 1918- ci ilin 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da erməni separatçıları və Gorusda möhkəmlənmiş Andranik azərbaycanlılara qarşı soyqırımını davam etdirirdi. Qarabağda baş verən hadisələr səbəbi ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradılmasını təklif etdi. Qarabağ general-qubernatorluğu 1919-cu il 15 yanvarda həmin qəzaların əsasında yaradılması, inzibati qurum olaraq AXC-nin bu regionda süzerenliyini təmin etmək məqsədi daşıyırdı.
Bu vəzifəyə yanvarın 29-da Xosrov bəy Sultanov təyin olundu. Ermənilər general-qubernatorluğun fəaliyyət prinsiplərini qəbul edərək, müzakirələr aparmağa başlamışdılar. Baş nazir Nəsib bəy Yusifbəyli, Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli və hərbi nazir Səməd bəy Mehmandarovun Şuşaya səfəri və orada görülən tədbirlər də general-qubernatorluğun nüfuzunu artırmışdı. Bütün bunların nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər.
Təəssüf ki, Azərbaycan xalqını Qarabağda erməni terrorçu və separatçılardan müdafiə edən Qarabağ general-qubernatorluğunun fəaliyyətinə Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra son qoyuldu.
“DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman - 36
Tam 71 ildən sonra Qərbi Azərbaycan torpaqlarında, Qarabağda erməni separatizmi azərbaycanlıların qanını tökürdü. Bakıda da Rusiyaya arxayın olub təxribatlar yaradan ermənilər fəallaşmışdı. Dünya Rusiya və Ermənistan mediasının uydurduğu “Bakıdakı ermənilərinin azərbaycanlılar tərəfindən işğəncə verilməsini, öldürülməsini” izləyirdi. M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Amma azərbaycanlılar anlayırdı ki, bu Sovet “KQB”-sinin və erməni lobbisinin təşkil etdiyi siyasi oyun, təxribatdır. Əslində hər kəs bilirdi. Dünya da bilirdi, amma ən yaxşı variant susmaq idi. Belə bir vaxtda - 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görülsün.
Bu fərman növbəti qırğına yaşıl işıq yandırdı:1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. İndiyənədək ölənlər haqqında dəqiq məlumat yoxdu. Ölənlərin sayı 131-170 nəfər arası nəzərdə tutulur. 400 nəfər isə həbs edildi, 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü. Bu təbii ki o vaxt Azərbaycanı caynağında parçalayan sovet rejiminin təsdiq etdiyi rəqəmlər idi. Dəqiq rəqəmlər isə hələ də müəmma doludur.
Əntiqə Rəşid
22:47 / 12 May 2026
27
22:38 / 12 May 2026
44
22:20 / 12 May 2026
45
21:59 / 12 May 2026
49
21:54 / 12 May 2026
62
21:37 / 12 May 2026
88
21:15 / 12 May 2026
82
20:55 / 12 May 2026
77
20:44 / 12 May 2026
159
20:42 / 12 May 2026
81
20:39 / 12 May 2026
80
20:36 / 12 May 2026
112
20:35 / 12 May 2026
1035
20:30 / 12 May 2026
92
20:24 / 12 May 2026
660
20:23 / 12 May 2026
285
20:17 / 12 May 2026
93
20:14 / 12 May 2026
77
20:09 / 12 May 2026
78
19:59 / 12 May 2026
1469
19:59 / 12 May 2026
321
19:58 / 12 May 2026
243
19:51 / 12 May 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.