Azərbaycanda ən çox müavini olan NAZİRLƏR KİMLƏRDİR?
15 Yanvar 2026, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
189
15.01.2026, 10:52
Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı tarixi zəfər, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq mərhələsinin əsasını qoydu. Bu gün Qarabağ və Şərqi Zəngəzur təkcə nəhəng infrastruktur layihələri ilə deyil, həm də “ağıllı” yaşayış konseptləri və “yaşıl enerji” zonaları ilə yenidən doğulur. Dövlətin strateji planlaması, ayrılan milyardlarla manatlıq vəsait və sistemli yanaşma sayəsində, minlərlə soydaşımız artıq doğma yurduna qayıdıb.
Bəs hazırda bölgədə hansı mühüm layihələr icra olunur və növbəti mərhələdə bizi nələr gözləyir?
Bu barədə Oxu24.com-a danışan millət vəkili Zaur Şükürov deyib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq və bərpa işləri bu gün Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir:
“Bu proses təkcə dağıdılmış infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır, eyni zamanda müasir, təhlükəsiz, dayanıqlı və komfortlu yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir. Azad edilmiş ərazilərin ölkənin sosial-iqtisadi həyatına tam inteqrasiyası dövlət tərəfindən strateji prioritet kimi müəyyən edilib və görülən işlər ardıcıl, planlı və uzunmüddətli inkişaf strategiyasına əsaslanır. Bütün bunlar Azərbaycanın güclü idarəetmə modelinin və gələcəyə yönəlmiş siyasi iradəsinin real təzahürüdür.
Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin ümumi gedişatı müsbət dinamika ilə xarakterizə olunur. Qısa zaman ərzində genişmiqyaslı bərpa işlərinə başlanılması, mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi və sosial layihələrin paralel icrası göstərir ki, proses vahid plan əsasında və effektiv koordinasiya ilə həyata keçirilir. Dövlət qurumlarının fəal iştirakı ilə yanaşı, özəl sektorun və beynəlxalq tərəfdaşların cəlb olunması görülən işlərin həm miqyasını, həm də keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Prezident cənab İlham Əliyevin də çıxışlarında vurğuladığı kimi, işğal dövründə bu ərazilərin vəziyyəti son dərəcə acınacaqlı idi:
“Faktiki olaraq, orada həyat sanki XX əsrin 70-ci illərində dayanıb. Nə ictimai binalar, nə də normal yaşayış məntəqələri var idi.Məhz bu reallıq bərpa prosesinin miqyasını və məsuliyyətini daha da artırırdı”.
Millət vəkili sözünə davam edərək vurğulayıb ki, indiki mərhələdə ən sürətli irəliləyiş məhz infrastruktur sahəsində müşahidə olunur:
“Hava limanlarının, yeni avtomobil yollarının, körpülərin və tunellərin inşası regionun nəqliyyat bağlantılarını əsaslı şəkildə yaxşılaşdırır. Bərdə–Ağdam dəmir yolu, Ağdam–Xankəndi istiqaməti, eləcə də Cəbrayıl, Hadrut, Laçın və Kəlbəcər arasında yaradılan yol şəbəkəsi bölgədaxili və ölkədaxili əlaqələri gücləndirir. Ölkə başçısının qeyd etdiyi kimi, bu yollar insanların yaşadıqları yerlərlə işlədikləri məkanlar arasında məsafəni qısaldaraq mobilliyi artıracaq.
Enerji təminatı sahəsində görülən işlər xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş ərazilərdə dairəvi enerji sistemi qurulub və artıq bu bölgələr təkcə istehlakçı deyil, eyni zamanda enerji istehsalçısına çevrilib. Beş il ərzində 307 meqavat gücündə su elektrik stansiyalarının yaradılması “yaşıl enerji zonası” konsepsiyasının real nəticəsidir. Günəş və su elektrik stansiyalarının inşası regionun dayanıqlı inkişafına xidmət etməklə yanaşı, ölkənin ümumi enerji təhlükəsizliyini də gücləndirir.
Su təchizatı məsələsi də prioritet istiqamətlərdəndir. Zabuxçay su anbarının sıfırdan tikilməsi, Sərsəng, Suqovuşan, Köndələnçay və Xaçınçay su anbarlarının bərpası bu ərazilərdə uzunmüddətli yaşayışın təmin olunması üçün mühüm əsas yaradır. Heç şübhəsiz, su və enerji təminatı olmadan insanların bu ərazilərə qayıdışı mümkün deyil.
Həmçinin oxuyun
İnfrastrukturla paralel olaraq sosial obyektlərin tikintisi də sürətlə davam edir. Məktəblər, uşaq bağçaları, tibb müəssisələri, mədəniyyət ocaqları və inzibati binalar müasir standartlara uyğun şəkildə inşa olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında salınan yaşayış məntəqələri rəqəmsal texnologiyaların tətbiqi, enerji səmərəliliyi və ekoloji balansın qorunması baxımından nümunəvi model kimi çıxış edir. Bu yanaşma insanların doğma torpaqlarına qayıdışı üçün real, rahat və təhlükəsiz şərait yaradır”.
Zaur Şükürov hazırda azad edilmiş ərazilərdə 70 minə yaxın insanın yaşadığını və çalışdığını diqqətə çatdırıb:
“Onların bir qismi keçmiş məcburi köçkünlər, digər qismi isə müxtəlif sahələrdə çalışan mütəxəssislərdir. İl sonuna qədər bu rəqəmin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq 30–50 kənddə insanların məskunlaşdırılması mümkündür ki, bu da əhalinin sayının 120–140 minə çatmasına şərait yarada bilər.
Növbəti mərhələdə bərpa və inkişaf prosesinin daha geniş sahələri əhatə edəcəyi gözlənilir. Sənaye zonalarının və aqroparkların yaradılması, kənd təsərrüfatının müasir metodlar əsasında inkişafı əsas prioritetlər sırasındadır. Turizm potensialının reallaşdırılması, xüsusilə ekoturizm və mədəni turizm istiqamətində layihələrin icrası bölgənin iqtisadi cazibədarlığını artıracaq.
Eyni zamanda məşğulluğun təmin olunması məqsədilə kiçik və orta sahibkarlığın dəstəklənməsi, təhsil və peşə hazırlığı mərkəzlərinin yaradılması planlaşdırılır. Tarixi-mədəni irsin bərpası, abidələrin yenidən qurulması və ekoloji balansın qorunması bu mərhələnin ayrılmaz tərkib hissəsidir. Bütün bu addımlar azad edilmiş ərazilərin sadəcə yenidən qurulmasını deyil, onların Azərbaycanın dinamik inkişaf edən, perspektivli və rəqabətqabiliyyətli bölgələrinə çevrilməsini hədəfləyir.
Ümumilikdə, 2020–2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılmışdır və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq və bərpa işləri Azərbaycanın strateji baxışının, güclü siyasi iradəsinin və milli potensialının bariz nümunəsidir. Bu proses keyfiyyət, ardıcıllıq və uzunmüddətli dayanıqlıq prinsipləri əsasında həyata keçirilir və məqsəd güclü, müasir və firavan Qarabağı qurmaqdır. Bu isə dövlət, cəmiyyət və iqtisadiyyatın bütün resurslarının səfərbər olunması ilə gerçəkləşir və artıq real nəticələrini verməkdədir”.
Mövzu ilə bağlı Oxu24.com-a danışan millət vəkili Bəhruz Məhərrəmov isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıdış Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərimiz müəyyənləşərkən ölkəmizin əsas dördüncü prioriteti kimi müəyyən edilib:
“Ötən dövr ərzində bu istiqamətdə görülən işlərin qiymətləndirilməsi üçün öncə prosesin miqyası və mahiyyəti haqqında dəqiq mənzərəyə sahib olmaq çox vacibdir. Əvvəlcə ondan başlayaq ki, Azərbaycan dövləti tikinti və quruculuq üçün hazır olan sıradan bir məkanda iş aparmır. Qarabağ və Şərqi Zəngəzur 30 il ərzində işğal və təcavüzə məruz qalıb, buranın demək olar ki, hər qarışı ekosid, urbisid və kultursidə məruz qalıb. Yəni hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, quruculuq və bərpa prosesi üçün ilk növbədə həmin ərazilərin mina, digər təhdidlərdən və müharibə cinayətlərinin nəticələrindən təmizlənməsinə ehtiyac var. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası prosesi özlüyündə ciddi mənəvi amilləri əhatələyir. Belə ki bu ərazilərin Azərbaycan xalqının əzəli və əbədi yurd yerləri olması, min illər ərzində burada milli irsimizin mühüm istiqamətlərini ehtiva edən memarlıq və şəhərsalma ənənələrinin mövcudluğu və 30 illik işğal dönəmində bu irsin silinməsi istiqamətində Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirilən vandalizm aktlarını nəzərə alsaq, deməliyik ki, quruculu və bərpa prosesi həm də öz mahiyyətində milli kimliyə əzəli bağın qorunmasında ifadə olunmalıdır. Həyata keçirilən işlərin fiziki miqyasına gəlincə, yalnız o faktı demək kifayətdir ki, Qarabağ və Şərqi Zəngəzur ərazicə BMT-yə üzv olan 70 dövlətdən, o cümlədən Livan, Sloveniya, Lüksemburq kimi dövlətlərdən daha böyük sahəni əhatələyir. Lakin ötən 5 ildə atılan addımların və quruculuq-bərpa prosesinin intensivliyinin təhlinini aparsaq, birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan Respublikası bu istiqamətdə cənab İlham Əliyevin qətiyyəti ilə şəhərsalma və memarlıq adına, o cümlədən BMT-nin dayanıqlı inkişaf məqsədlərindən 11-cisinin təmin olunması istiqamətində ustad dərsi keçib”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”" mövzusunda hazırlanıb.
12:18 / 15 Yanvar 2026
31
12:10 / 15 Yanvar 2026
88
11:52 / 15 Yanvar 2026
422
11:47 / 15 Yanvar 2026
37
11:42 / 15 Yanvar 2026
52
11:34 / 15 Yanvar 2026
253
11:13 / 15 Yanvar 2026
51
11:00 / 15 Yanvar 2026
1247
10:39 / 15 Yanvar 2026
172
10:38 / 15 Yanvar 2026
68
10:36 / 15 Yanvar 2026
71
10:34 / 15 Yanvar 2026
87
10:11 / 15 Yanvar 2026
383
09:48 / 15 Yanvar 2026
182
09:43 / 15 Yanvar 2026
175
09:40 / 15 Yanvar 2026
119
09:38 / 15 Yanvar 2026
164
09:25 / 15 Yanvar 2026
135
09:11 / 15 Yanvar 2026
220
08:52 / 15 Yanvar 2026
1108
08:36 / 15 Yanvar 2026
81
01:51 / 15 Yanvar 2026
349
00:59 / 15 Yanvar 2026
175
23:58 / 14 Yanvar 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.