TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı
18 Avqust 2026, 14:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
61
24.06.2025, 19:10
Son günlər Xalq artisti Bilal Əliyev maraqlı açıqlamaları ilə medianın gündəminə düşüb.
Müğənni bir müddət öncə “Tarixin bir günü” verilişində öz maddi vəziyyəti ilə bağlı açıqlama verib.
O, bildirib ki, artıq elə qədər vəsait toplayıb ki, toy mərasimlərinə qatılmasa belə, rahat yaşamağa kifayət edər:
“Mənə 100 il ömür versinlər, mən artıq o 100 ilə qədər təminatdayam. Topladığım pullar mənə bəs edər. Yəni, gündə 100–150 manat xərcləsəm belə, yenə də çatacaq,” – deyə Xalq artisti televiziya efirində söyləyib.
Müğənninin var-dövlət mövzusu ilə gündəmə gəldiyi bir vaxtda Oxu24.com-a məlumatlı mənbə tərəfindən yeni informasiya daxil olub.
Mənbənin verdiyi məlumata görə,Xalq artisti Bilal Əliyev bir neçə bahalı mənzilə sahibdir.Hətta,mənzillərdən birinin ona Ramiz Mehdiyev tərəfindən hədiyyə edilməsi də iddia olunur.
Söhbət Nəsimi rayonu,Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Sözügedən yaşayış kompleksi Ramiz Mehdiyevə məxsus olduğu deyilən “Topaz MTK” tərəfindən 2005-ci ildə inşa edilib.
Bina 2017-ci ilə qədər “Topaz MTK” nın idarəçiliyində olub.2017-ci ildən isə kompleks “Nəsimi 11 MMMC (red- mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) tərəfindən idarə olunur.
Mənbənin verdiyi məlumata görə,Ramiz Mehdiyev bu binalarda bir çox sənətçilərə evlər hədiyyə edib.
Məlumat üçün qeyd edək ki,sözügedən binada keçmiş deputat Gültəkin Hacıbəylinin də iki mənzili var.Mənzillərdən biri onun atasının,digəri isə bacısının adınadır.
Ramiz Mehdiyev tərəfindən ona mənzil hədiyyə olunması iddiası ilə bağlı Xalq artisti Bilal Əliyevin özü ilə əlaqə saxladıq.Xalq artisti sözügedən binada mənzilə sahib olduğunu təsdiqlədi.
"Bu binada yaşayıram.Evi mənə qayınatam alıb.Yəni,Ramiz Mehdiyev verməyib.O,adamı da heç tanımıram.Üz-üzə də gəlməmişik.Evi qayınatam qızına (Red-həyat yoldaşını nəzərdə tutur) hədiyyə edib.Özümüz pul verib almışıq.Evin çıxarışı da mənim adımadır",-deyə Bilal Əliyev bildirib.
Məlumat üçün qeyd edək ki,sözügedən binalar el arasında "Ramiz Mehdiyevin binaları" kimi tanınır.Binaların yerləşdiyi ərazi kifayət qədər əlverişli olduğu üçün mənzillər yüksək qiymətə satışa çıxarılır.
14:12 / 18 Avqust 2026
1
14:05 / 18 Avqust 2026
21
13:59 / 18 Avqust 2026
32
13:45 / 18 Avqust 2026
51
13:30 / 18 Avqust 2026
46
13:15 / 18 Avqust 2026
57
12:49 / 18 Avqust 2026
66
12:40 / 18 Avqust 2026
66
12:38 / 18 Avqust 2026
80
12:18 / 18 Avqust 2026
67
12:05 / 18 Avqust 2026
244
11:54 / 18 Avqust 2026
70
11:48 / 18 Avqust 2026
63
11:45 / 18 Avqust 2026
63
11:36 / 18 Avqust 2026
71
11:29 / 18 Avqust 2026
61
11:21 / 18 Avqust 2026
72
11:17 / 18 Avqust 2026
63
11:17 / 18 Avqust 2026
68
11:13 / 18 Avqust 2026
309
11:03 / 18 Avqust 2026
68
10:59 / 18 Avqust 2026
81
10:43 / 18 Avqust 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.