Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
20 Oktyabr 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1215
10.07.2025, 19:33
Son dövrlərdə geniş yayılmış dəri baxım vasitələrindən biri olan dermarollerin effektivliyi barədə dermatoloqlar fikirlərini bölüşüb. Onların sözlərinə görə bu alət düzgün istifadə olunduqda dəriyə müsbət təsir göstərə bilər.
Oxu24.com xəbər verir ki, dermaroller dəridə mikroiynələr vasitəsilə xırda deşiklər açaraq kollagen istehsalını stimullaşdırır. Bu isə dərinin yenilənməsinə, xırda qırışların azalmasına, məsamələrin daralmasına və çapıqların yüngülləşməsinə səbəb ola bilər.
Mütəxəssislər bildirir ki, ev şəraitində 0.25 mm-dən 0.5 mm-ə qədər iynəli modellərdən istifadə tövsiyə olunur. Daha dərin təsirli iynələrlə işləmə isə yalnız dermatoloji nəzarət altında aparılmalıdır. Dermarollerin nəticəsi adətən 1-3 ay ərzində müşahidə olunur.
Həkimlər qeyd edir ki, alət gigiyenik qaydalara uyğun istifadə olunmazsa, infeksiya riski yarana bilər. Həssas və iltihablı dəridə, eləcə də gözətrafı nahiyədə ehtiyatlı olmaq məsləhət görülür.
Dermatoloqlar bu məhsuldan istifadə etməzdən öncə mütləq peşəkar məsləhət almağı vacib hesab edir.Milli.Az
22:44 / 20 Oktyabr 2026
1
22:33 / 20 Oktyabr 2026
53
22:22 / 20 Oktyabr 2026
51
22:22 / 20 Oktyabr 2026
54
21:51 / 20 Oktyabr 2026
92
21:47 / 20 Oktyabr 2026
119
21:42 / 20 Oktyabr 2026
65
21:39 / 20 Oktyabr 2026
191
21:33 / 20 Oktyabr 2026
412
21:28 / 20 Oktyabr 2026
62
21:22 / 20 Oktyabr 2026
268
21:17 / 20 Oktyabr 2026
68
21:15 / 20 Oktyabr 2026
64
21:06 / 20 Oktyabr 2026
70
21:03 / 20 Oktyabr 2026
61
21:00 / 20 Oktyabr 2026
61
20:55 / 20 Oktyabr 2026
56
20:50 / 20 Oktyabr 2026
75
20:43 / 20 Oktyabr 2026
67
20:34 / 20 Oktyabr 2026
68
20:17 / 20 Oktyabr 2026
74
20:12 / 20 Oktyabr 2026
110
20:01 / 20 Oktyabr 2026
613
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.