Zeytun festivalına sayılı günlər qaldı! - Video
20 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
726
08.07.2025, 19:26
Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ərazisində mövsümə uyğun olmayan sərin, küləkli hava şəraiti müşahidə olunur.
Oxu24.com xəbər verir ki, bu barədə "Trend"ə Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev açıqlama verib.
Onun sözlərinə görə, yay fəslinin sərin keçməsi normal hadisədir: "Belə hallara həmişə rast gəlinib. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, iqlimdə normadan meyletmə anlayışı var. Bu meyletmə həm müsbət, həm də mənfi xarakterli ola bilər. Hazırkı hadisədə normadan mənfi meyletmə baş verir. Yəni yay nisbətən sərin keçir. Normadan müsbət meyletmə baş verdikdə isə ekstremal isti yay müşahidə edilə bilər".
Dosent bildirib ki, qeyd edilənlər atmosfer prosesləri ilə sıx bağlıdır: "Bu cür dəyişikliklər meridional proseslərin təkrarlanmasının çoxalması ilə əlaqədardır. Meridional proseslərin çoxalması isə günəş fəallığının çoxalması ilə sıx bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bəşəriyyət günəşin 25-ci 11 illik siklindədir. Bu sikl 2019-cu ildən 2030-cu illərə qədər davam edəcək. Apardığımız tədqiqatlar göstərdi ki, günəş fəallığının artması meridional proseslərin təkrarlanmasını çoxaldır.
Dolu, sel, ildırım hadisələri tez-tez təkrarlanır. Bir neçə gündür ölkədə hava çox sərin keçir. Bunu hamı hiss etdi. Güclü külək əsir, buludlu hava üstünlük təşkil edir. Bunların səbəbi şimaldan gələn soyuq hava kütlələrinin əraziyə müdaxiləsidir. Bu proses, adətən, 3-4 gün davam edir. Sonra digər proseslərlə əvəz olunur. Burada sual yaranır ki, hansı fəsad yarana bilər? Fəsadlar üçün əsas yoxdur. Əgər yaz olsaydı, deyərdik ki, məhsul azalacaq, çiçəklər yox olacaq. İndi isə yaydır, qısamüddətli sərinləşmələr insanların həyat tərzinə, səhhətinə müsbət təsir göstərir".
H.Nəbiyev qeyd edib ki, belə hava şəraitinin nə qədər davam etməsi ilə bağlı proqnoz vermək çətindir: "Ancaq ehtimalı böyükdür. Yayın ümumi fonu istidir, temperatur artmalıdır. Biz subtropik iqlim qurşağında yaşayırıq. Cənubdan bizə tropik hava kütlələri daxil olur. Amma şimaldan gələn hava kütlələri yenidən daxil ola bilər. Bütün bunların hamısını müəyyən edən atmosferin yuxarı qatlarındakı barik sistemlərin vəziyyətidir. O sistemlər şimaldan gələn soyuq hava kütlələrinin ərazimizə daxil olmasına şərait yaradır. Yəni narahat olmağa heç bir əsas və ehtiyac yoxdur. Hər şey normal qaydası ilə gedir. Bu cür hallar həmişə olub və ola bilər. Yadıma düşür ki, yayın qızmar günündə Kəlbəcər, Laçında qar yağdı. Havada olan anomal hadisələr normadan meyletmələrlə bağlıdır".
23:59 / 20 Oktyabr 2026
75
23:35 / 20 Oktyabr 2026
95
23:23 / 20 Oktyabr 2026
83
23:16 / 20 Oktyabr 2026
75
22:54 / 20 Oktyabr 2026
109
22:44 / 20 Oktyabr 2026
94
22:33 / 20 Oktyabr 2026
128
22:22 / 20 Oktyabr 2026
87
22:22 / 20 Oktyabr 2026
96
21:51 / 20 Oktyabr 2026
204
21:47 / 20 Oktyabr 2026
179
21:42 / 20 Oktyabr 2026
107
21:39 / 20 Oktyabr 2026
416
21:33 / 20 Oktyabr 2026
1152
21:28 / 20 Oktyabr 2026
97
21:22 / 20 Oktyabr 2026
478
21:17 / 20 Oktyabr 2026
97
21:15 / 20 Oktyabr 2026
96
21:06 / 20 Oktyabr 2026
93
21:03 / 20 Oktyabr 2026
85
21:00 / 20 Oktyabr 2026
79
20:55 / 20 Oktyabr 2026
76
20:50 / 20 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.