Zeytun festivalına sayılı günlər qaldı! - Video
20 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1843
08.07.2025, 12:17
Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” yeni qanun layihəsi və “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.
Nazir müavini qeyd edib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına olacaq: “Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”.
Orxan Zeynallı qeyd edib ki, qazla əlaqədar sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılmasıdır. O bildirib ki, aylıq sabit tarif hər bir abonent üçün 1 manatı aşmayacaq.
23:59 / 20 Oktyabr 2026
88
23:35 / 20 Oktyabr 2026
116
23:23 / 20 Oktyabr 2026
93
23:16 / 20 Oktyabr 2026
89
22:54 / 20 Oktyabr 2026
122
22:44 / 20 Oktyabr 2026
111
22:33 / 20 Oktyabr 2026
134
22:22 / 20 Oktyabr 2026
93
22:22 / 20 Oktyabr 2026
111
21:51 / 20 Oktyabr 2026
226
21:47 / 20 Oktyabr 2026
210
21:42 / 20 Oktyabr 2026
117
21:39 / 20 Oktyabr 2026
467
21:33 / 20 Oktyabr 2026
1455
21:28 / 20 Oktyabr 2026
102
21:22 / 20 Oktyabr 2026
517
21:17 / 20 Oktyabr 2026
98
21:15 / 20 Oktyabr 2026
99
21:06 / 20 Oktyabr 2026
96
21:03 / 20 Oktyabr 2026
88
21:00 / 20 Oktyabr 2026
82
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.