Zeytun festivalına sayılı günlər qaldı! - Video
20 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
544
07.07.2025, 20:51
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni təyin edilən rəis və rəis müavini kollektivə təqdim edilib.
Oxu24.com xəbər verir ki, SİMDNX-nın inzibati binasında baş tutan tədbirdə Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini olaraq təyin olunub.
Tədbirdə çıxış edən SİMDNX-nın rəis müavini Tural Abbasov Şərqi Zəngəzur Regional Bölməsinin yaradılmasının strateji əhəmiyyətindən danışaraq, qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, uzun illər işğal altında qalmış, lakin bu gün Azərbaycanın suverenliyi və əzmi ilə yenidən dirçələn ərazilərdə həyata keçirilən hər bir layihə dövlətimizin gələcəyə verdiyi önəmin göstəricisidir.
Şərqi Zəngəzur uzun illər işğal altında qalmış ərazilərimizdəndir. 30 il ərzində bu bölgədə bütün infrastruktur dağıdılmış, yaşayış mühiti tamamilə məhv edilmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız işğaldan azad olundu. Azad olunan ərazilərə həyat məhz o gündən etibarən qayıtmağa başladı. Hazırda Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, regionun sosial-iqtisadi dirçəlişi üçün sistemli addımlar atılır.
"Bu tarixi zəfəri mümkün edən Ali Baş Komandana və Azərbaycan Ordusuna dərin təşəkkürümüzü bildiririk. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq və uzun ömür arzu edirik. İndi şükürlər olsun ki, bu torpaqlarda aparılan yenidənqurma və bərpa proseslərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və xüsusilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rolu mühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə bu fəaliyyətlər regionda dayanıqlı həyatın formalaşmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və ekoloji tarazlığın təmin olunmasına töhfə verəcək," - deyə Tural Abbasov bildirib.
O, həmçinin vurğulayıb ki, regional bölmənin yaradılması nəzarət və idarəetmə mexanizmlərinin yerli səviyyədə daha səmərəli həyata keçirilməsinə imkan verəcək. Bu isə bütövlükdə Xidmətin fəaliyyət effektivliyini artıracaq.
Müvafiq struktur bölmələrin rəhbərləri də çıxış edərək yeni təyinat münasibətilə qurumun fəaliyyətində uğurlar arzulayıblar.
23:59 / 20 Oktyabr 2026
103
23:35 / 20 Oktyabr 2026
139
23:23 / 20 Oktyabr 2026
102
23:16 / 20 Oktyabr 2026
95
22:54 / 20 Oktyabr 2026
127
22:44 / 20 Oktyabr 2026
119
22:33 / 20 Oktyabr 2026
137
22:22 / 20 Oktyabr 2026
94
22:22 / 20 Oktyabr 2026
117
21:51 / 20 Oktyabr 2026
250
21:47 / 20 Oktyabr 2026
222
21:42 / 20 Oktyabr 2026
124
21:39 / 20 Oktyabr 2026
520
21:33 / 20 Oktyabr 2026
2491
21:28 / 20 Oktyabr 2026
108
21:22 / 20 Oktyabr 2026
560
21:17 / 20 Oktyabr 2026
102
21:15 / 20 Oktyabr 2026
101
21:06 / 20 Oktyabr 2026
98
21:03 / 20 Oktyabr 2026
88
21:00 / 20 Oktyabr 2026
82
20:55 / 20 Oktyabr 2026
81
20:50 / 20 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.