Qazaxıstan onu Azərbaycana təhvil verdi
17 Avqust 2026, 17:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1591
07.07.2025, 20:12
Son günlərdə sosial şəbəkələrdə xəstə, arıq heyvanların videosu paylaşılır. Sözügedən heyvanların Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramının icrası ilə vətəndaşlara verildiyi deyilir.
Oxu24.com xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayev məsələyə aydınlıq gətirib.
O, feysbuk hesabında bu məlumatları təkzib edib: “Bu, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramını ləkələmək, yalan məlumatlar paylaşmaqla izləyicilərini aldatmaq, bununla da oxucu qazanmaq cəhdləridir. Proqram çərçivəsində vətəndaşlara guya xəstə, arıq heyvanlar təqdim edildiyinə dair paylaşılan məlumatlar həqiqəti əks etdirmir, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihəyə aidiyyəti yoxdur. Yayılan görüntülər xarici ölkələrdə çəkilib, biri Rusiya, digəri isə Afrika ölkələrindən birində sosial şəbəkələrdə yayılıb. Bunu internetdə sadə axtarış etməklə də müəyyənləşdirmək mümkündür.
Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri saxta, həqiqətə uyğun olmayan məlumatları məqsədli şəkildə paylaşdıqdan sonra, özünü media orqanı elan edən səhifələr də qurumun mövqeyini öyrənmədən, dəqiqləşdirmədən bunları paylaşır, dövlətin mühüm aktiv məşğulluq proqramının icrasına kölgə salır”.
Departament müdiri, həmçinin qeyd edib ki, özünməşğulluq proqramına cəlb edilən vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir: “Heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt tərtib olunur. Paylanma zamanı isə vətəndaşa kənd təsərrüfatı aktivlərini seçmək üçün şərait yaradılır. Öz razılığı ilə seçdikdən sonra, məmnunluğunu bildirən videogörüntüsü çəkilir, imzası ilə heyvanların keyfiyyətindən razılığını təsdiq edir. Bütün bu materiallar adlı siyahı şəklində DMA-nın rəsmi saytında müvafiq bölmədə yerləşdirilir”.
18:10 / 17 Avqust 2026
9
17:54 / 17 Avqust 2026
59
17:44 / 17 Avqust 2026
64
17:28 / 17 Avqust 2026
64
17:25 / 17 Avqust 2026
60
17:12 / 17 Avqust 2026
67
16:56 / 17 Avqust 2026
73
16:43 / 17 Avqust 2026
78
16:40 / 17 Avqust 2026
82
16:37 / 17 Avqust 2026
80
16:19 / 17 Avqust 2026
75
16:15 / 17 Avqust 2026
80
16:10 / 17 Avqust 2026
57
15:58 / 17 Avqust 2026
90
15:50 / 17 Avqust 2026
86
15:32 / 17 Avqust 2026
64
15:30 / 17 Avqust 2026
77
15:18 / 17 Avqust 2026
64
15:09 / 17 Avqust 2026
73
15:05 / 17 Avqust 2026
68
14:59 / 17 Avqust 2026
90
14:47 / 17 Avqust 2026
343
14:45 / 17 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.