Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi - VİDEO
31 İyul 2025, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
CƏMİYYƏT
285
03.07.2025, 11:55
Bir neçə gün öncə AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyinin iddia olunduğu barədə məlumat dərc etmişdik.
Belə ki, Minval.az saytı Rusiya Müdafiə Nazirliyinin əmri ilə təyyarəyə atəş açıldığını iddia edən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukun məktubunu, həmçinin təyyarənin vurulma anını əks etdirən video yaymışdı.
Oxu24.com xəbər verir ki, sayt hadisə ilə bağlı daha bir təfərrüatı üzə çıxarıb.
Eyni məktubdan və ona əlavə edilmiş telefon danışıqlarından məlum olub ki, Paladiçuk “Pantsir-S”dən iki atəş açsa da, mülki təyyarənin siluetini tanımayıb, çünki döyüş maşını nasaz vəziyyətdə olub və o, yalnız Rusiya Müdafiə Nazirliyinin əmri ilə hərəkət edib.
Dindirilmə zamanı Paladiçuk ifadəsində bildirib ki, o, 2024-cü ilin dekabrında Qroznı şəhərinin obyektlərinin mühafizəsi və müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının operativ tabeliyinə daxil olub. Bundan əvvəl o, Suriyada xidmət edib. Atəşlərin açıldığı 274 saylı döyüş maşını 2017-ci ildən orada yerləşdirilib. Maşına lazımi texniki qulluq göstərilməyib və Qroznıya gətirilərkən sonra onda radar məlumatlarından istifadə edərək hədəfləri axtarmaq, hədəflə raketin bir-birinə münasibətdə harada yerləşdiyini müəyyən etmək üçün nəzərdə tutulmuş avtonom optik postun işində problemlər yaranıb.
Bu problemə görə döyüş maşınının heyəti hədəfin siluetini aydın şəkildə ayırd edə bilməyib və kapitan Paladiçukun sözlərinə görə, 2024-cü il dekabrın 15-də o, artıq “kor-koranə” hava hədəflərini atəşə tutmalı olub.
Həmçinin döyüş maşınında çoxfunksiyalı radiolokasiya stansiyası və termal görüntü cihazı da nasaz olub.
Həmçinin oxuyun
Səs yazılarında kapitan Paladiçukun baş verənlərlə bağlı hərbçi yoldaşlarının suallarına cavab olaraq, sözügedən vəziyyətlə bağlı şəxsi şərhləri yer alır. Belə ki, onlardan biri ilə danışıqlarda Paladiçuk deyib:
“Bəli, Maks, mən iki dəfə atəş açdım. Mən əməliyyat əmrini verdim, raketlər yan keçəndən sonra dedilər ki, bu, öz təyyarəmizdir. Başım ağrıdı, hələ də qorxu içindəyəm. Az qala özümüzünküləri öldürəcəkdim. Nə yaxşı ki, yan keçiblər. Bilmirəm, atış məsafəm və azimut tamam başqa idi, fərqli bir istiqamətə atdım, amma raketlər məhv etmək üçün gedirdi, uçub gedəndən sonra qalıqlar təyyarəyə dəyə bilərdi. Mən vizual olaraq heç nə görmədim, aparatla bağlı problemlərim var idi. Pilotsuz təyyarələr həm qərbdən, həm də cənubdan yaxınlaşırdı. Mənim iki istiqamətim var: şimal-qərb və cənub-qərb. Müstəntiqlər məni incitdilər, bütün sənədləri götürdülər. Yaxşı ki, Suriyadan jurnallar qalıb, onları atmadım”.
“Uçan dronların siluetlər demək olar ki, fərqlənmir. Çoxfunksiyalı radiolokasiya stansiyası və optik-elektron sistemdə problem var. Hətta 4 km məsafədə mən sadəcə böyük bir ləkə görürəm və təyyarə tipli dronu heç ayırd edə bilmirəm. Suriyada daha uzaq məsafələrdə siluetləri ayırd edirdim, burada isə elə də yox. Maşın 2017-ci ildən Suriyanın cənubunda olub, iş başında idi və təbii olaraq ehtiyat hissələrinin 90%-i təmin olunmurdu”, - ekipaj rəisi başqa həmkarına deyir.
“Pantsir-S” Qroznıda yerləşərkən vəziyyəti qənaətbəxş olmayıb, bu da hadisənin səbəblərindən biridir. Kapitan Paladiçuk iddia edir ki, atəş açmaq qərarı 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının növbətçisinin əmri əsasında verilib. Eyni zamanda, “Pantsir-S”in ekipajının aşkarlama avadanlığı işlək vəziyyətdə olmayıb, bu da hədəfi müəyyən etməyə imkan vermirdi.
Beləliklə, 38 nəfərin həyatına son qoyan faciə Rusiya Federasiyası Müdafiə Nazirliyinin, daha doğrusu, Hərbi Hava Qüvvələrinin 4-cü Ordusunun 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının və Rusiya Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiəsi diviziyasının rəhbərliyinin günahı ucbatından baş verib. Hərbi rəhbərlik döyüş maşınının ekipajı üçün lazımi xidmət şəraitinin yaradılmasını təmin etməyib, həmçinin bu ekipajın hərəkətlərinə lazımi nəzarəti həyata keçirməyib.
İş irəlilədikcə məlum olub ki, Paladiçuk döyüş maşınının standart rabitə avadanlığının sıradan çıxması səbəbindən növbətçidən atəş əmrini mobil telefon vasitəsilə alıb ki, bu da müəyyən edilmiş təlimatların kobud şəkildə pozulmasıdır və yüksək rəhbərlik tərəfindən qeyri-adekvat münasibətdən xəbər verir.
21:19 / 31 İyul 2025
Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi - VİDEO
48
21:10 / 31 İyul 2025
“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” - Pezeşkian
15
16:09 / 31 İyul 2025
Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşir
53
15:10 / 31 İyul 2025
Lavrov: Rusiya Suriyada vəziyyəti normallaşdırmaq istəyir
52
15:06 / 31 İyul 2025
Rusiyada 8,8 bal gücündə zəlzələdən sonra vulkan püskürüb
56
14:43 / 31 İyul 2025
“Aztelekom” sabiq direktorunun oğlu məhkəməyə gəlmir
108
14:30 / 31 İyul 2025
Rusiya Afrikaya üz tutdu
60
14:26 / 31 İyul 2025
Azərbaycanda zəlzələ oldu
875
14:20 / 31 İyul 2025
Medvedev Trampla internetdə mübahisə edib
66
14:19 / 31 İyul 2025
Yarışda dəhşət yaşandı: İnsanlar öldülər (18+)
85
14:16 / 31 İyul 2025
Lukaşenkodan səfərbərlik tələbi
62
14:15 / 31 İyul 2025
Qazaxıstan Rusiyanın xidmətlərindən imtina edib
69
14:12 / 31 İyul 2025
Tramp Moskvanın cəza müddətini qısaldıb
60
14:10 / 31 İyul 2025
Sinoptik: Moskvalıları həftənin sonuna qədər qızmar gecələr gözləyir
60
14:05 / 31 İyul 2025
Politico: Tramp AB-dən Rusiya enerjisini almağı dayandırmağı tələb edir
63
13:56 / 31 İyul 2025
Kürdəmirlilərə şad xəbər: Prezident sərəncam İMZALADI
300
13:40 / 31 İyul 2025
Litvanın baş naziri istefa verib
66
13:39 / 31 İyul 2025
Attraksion qırıldı: İnsanlar yerə çırpıldı
249
13:29 / 31 İyul 2025
Prezident Fərman İMZALADI
680
13:25 / 31 İyul 2025
İran ABŞ-dən kompensasiya istəyir
62
13:20 / 31 İyul 2025
Lukaşenko ABŞ və Belarus arasında münasibətlərdən danışıb
63
13:15 / 31 İyul 2025
Kanada Fələstini tanımaq istəyir
59
13:05 / 31 İyul 2025
Paşinyanın ofisindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
73
13:00 / 31 İyul 2025
Tanınmış həkim VƏFAT ETDİ
463
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.