Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib
21 Oktyabr 2026, 19:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
289
03.07.2025, 10:22
İndi fərdi sahibkarlar vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə ödənişsiz təqdim edirlər.
Artıq cari hesabat dövründən (1-20 iyul) İnternet Vergi İdarəsində sadələşdirilmiş, gəlir, mənfəət kimi bir çox vergi bəyannamələrinin “SİMA İmza”dan istifadə edərək göndərilməsi mümkündür. Bunun üçün aşağıdakı ardıcıllıq izlənilməlidir:
new.e-taxes.gov.az veb-saytına daxil olmaq
“Giriş” düyməsinə keçid etmək
Giriş üsulu kimi “SİMA İmza”nı seçmək
Ekranda açılan QR kodu “SİMA İmza” tətbiqi vasitəsilə skan etmək
Bu addımları tamamladıqdan sonra sahibkarlar şəxsi kabinetinə daxil olub vergi əməliyyatlarını onlayn şəkildə icra edə biləcəklər.
Diqqətə çatdıraq ki, hazırda güzəşt çərçivəsində fərdi sahibkarlar SİMA yeni nəsil rəqəmsal imzanı ödənişsiz əldə edə bilərlər. Belə ki, “SİMA İmza” tətbiqində 6AYPULSUZ promokodu ilə qeydiyyatdan keçən sahibkarlar növbəti 6 ay müddətində abunə haqqı ödəməyəcəklər (Ətraflı bloqda: https://sima.az/az/blog/19).
Qeyd edək ki, “SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiya prosesi 2023-cü ildə başlayıb. İndiyədək fərdi sahibkarlar üçün 80-dən çox vergi xidmətinə əlçatanlıq təmin edilib. Hazırda hüquqi şəxslər və dövlət qurumları üçün də müvafiq inteqrasiya prosesi aparılır.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imzanı AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 2022-ci ildə yaradıb. “SİMA İmza” tətbiqinin endirilmə sayı 4,2 milyonu ötüb. SİMA ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
Ətraflı məlumat üçün:
157
sima.az
19:45 / 21 Oktyabr 2026
13
19:34 / 21 Oktyabr 2026
40
19:24 / 21 Oktyabr 2026
43
19:09 / 21 Oktyabr 2026
58
19:04 / 21 Oktyabr 2026
63
18:53 / 21 Oktyabr 2026
64
18:39 / 21 Oktyabr 2026
66
18:35 / 21 Oktyabr 2026
66
18:27 / 21 Oktyabr 2026
79
18:22 / 21 Oktyabr 2026
74
18:19 / 21 Oktyabr 2026
86
18:10 / 21 Oktyabr 2026
73
18:06 / 21 Oktyabr 2026
83
17:59 / 21 Oktyabr 2026
83
17:59 / 21 Oktyabr 2026
76
17:56 / 21 Oktyabr 2026
79
17:42 / 21 Oktyabr 2026
81
17:39 / 21 Oktyabr 2026
78
17:32 / 21 Oktyabr 2026
512
17:31 / 21 Oktyabr 2026
72
17:23 / 21 Oktyabr 2026
78
17:19 / 21 Oktyabr 2026
76
17:14 / 21 Oktyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.