Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
18 Avqust 2026, 01:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
255
02.07.2025, 11:12
Bu gün Azərbaycanda Polis Günüdür.
Oxu24.com xəbər verir ki, iyulun 2-də Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.
Daxili İşlər Nazirliyi (DİN), polis orqanları 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub.
1920-ci il aprelin 27-də Xalq Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə və asayişin qorunmasında böyük təcrübə əldə edib. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib.
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın polisinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində hər zaman ön cəbhədə olub
Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə savaşıb. Birinci Qarabağ müharibəsində 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhid olub, 1710 nəfər isə yaralanıb. 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
Prezident İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, onun müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox vacib qərarlar qəbul edib. Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
Dövlət başçısı daim nazirliyin strukturunun və normativ-hüquqi bazasının, maddi-texniki təchizatının təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin və təminatının gücləndirilməsinə xüsusi diqqət yetirir.
Azərbaycan Polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
44 günlük Vətən müharibəsində tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da böyük xidmətləri olub. Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz qəhrəmanlıqlarını İkinci Qarabağ müharibəsində də nümayiş etdirib. Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vurub, onun yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edib. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbçi isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin sərəncamlar ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan Polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir
Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş şəhər və rayonlarda daxili işlər orqanlarının əməkdaşları gecə-gündüz uğurla xidmət aparırlar.
Bu gün Azərbaycan Polisi ölkədə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanıb, Azərbaycan Polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.