Alyona Əliyeva müharibədən zərər çəkmiş ukraynalı uşaqlarla BİR ARADA - FOTO
22 Oktyabr 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
449
01.07.2025, 12:06
“Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların ekspertizasının nəticələri məlum olub. İyunun 30-da mərhumların meyitləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirildi və 10-11 radələrində Komissiya tərəfindən meyitlər kriminalistlərin iştirakı ilə müayinə olundu”.
Oxu24.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı ekspertizanın nəticələrinə dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müayinədən öncə mərhumların tibbi şəhadətnamələri gətirilib: “Müayinə nəticələrinə əsasən, böyük qardaş Hüseyn Səfərovun Rusiyanın verdiyi tibbi şəhadətnaməsindən aydın olur ki, ölümə səbəb travma olub. İkinci qardaş isə ürəktutmadan ölüb.
Biz meyitləri müayinə etdik. H.Səfərova travma küt alətlə yetirilib. Kim tərəfindən, harada olduğu qeyd olunmur. Biz müayinə edərkən çoxlu sayda travma müəyyən etdik. Burun sümüklərinin yerini dəyişən sınığı var idi. Döş qəfəsi deformasiyaya uğrayıb. Asimmetrikdir, göz qapaqlarında 12-14 sm sahədə hematoma müşahidə olunur. Həmçinin üst və alt dodaqlarda, əllərdə və xayalarda qançırlar, alında sıyrıqlar var. Nə ilə vurulduğunu deyə bilmərəm. Başın dərisini aralayarkən geniş qansızmalar, baş beyinin həm sərt, həm də yumşaq qişasında qansızmalar mövcuddur. Qabırğalarda - 7-8 qabırğada sınıqlar var”.
Ə. Həsənov qeyd edib ki, birinci meyitdən fərqli olaraq ikincidə - Z.Həsənovun meyitində travmalar az olub: “Ona görə də ürəktutma səbəb kimi göstərilib. Onların verdiyi şəhadətnamədə göstərilib ki, ölüm ürəyin işemik xəstəliyindən baş verib. Səbəb də ürək-ağciyər çatışmazlığı göstərilib.
Bizim müayinəmiz zamanı hər iki göz, alın, gicgahda qansızmalar var idi. Döş qəfəsində müxtəlif qançırlar var idi. Döş qəfəsi asimmetriyalıdır, deformasiya olunub. Həmçinin xayalıqda xeyli qançırlar və sıyrıqlar da var. Bunlar xarici müayinənin nəticələridir. Daxili müayinə zamanı da birincidə - H.Səfərovda olduğu kimi döş qəfəsində sıxılmalar var, hətta qabırğalardan birini tapa bilmədik. Qarının arxa divarında qansızmalar, hematomalar var idi. Ölümə çoxsaylı travmalarla əlaqədar posttravmatik şok səbəb olub”.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
01:10 / 22 Oktyabr 2026
1
00:43 / 22 Oktyabr 2026
53
00:09 / 22 Oktyabr 2026
66
23:49 / 21 Oktyabr 2026
58
23:37 / 21 Oktyabr 2026
61
23:21 / 21 Oktyabr 2026
169
23:18 / 21 Oktyabr 2026
72
23:17 / 21 Oktyabr 2026
179
23:14 / 21 Oktyabr 2026
72
23:10 / 21 Oktyabr 2026
87
23:04 / 21 Oktyabr 2026
375
23:00 / 21 Oktyabr 2026
76
22:59 / 21 Oktyabr 2026
77
22:52 / 21 Oktyabr 2026
92
22:23 / 21 Oktyabr 2026
90
22:18 / 21 Oktyabr 2026
91
22:12 / 21 Oktyabr 2026
96
21:56 / 21 Oktyabr 2026
123
21:45 / 21 Oktyabr 2026
119
21:38 / 21 Oktyabr 2026
272
21:25 / 21 Oktyabr 2026
178
21:15 / 21 Oktyabr 2026
101
21:12 / 21 Oktyabr 2026
2977
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.