Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
18 Avqust 2026, 01:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
352
29.06.2025, 18:16
“DREAM FEST 2025” beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov instaqram hesabında paylaşım edib.
Onun sözlərinə görə, iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyinin açıqlaması ilə əlaqədar tədbirin proqramında dəyişikliklərin edilməsi planlaşdırılır:
“Birinci və üçüncü günlər üçün heyət faktiki olaraq dəyişməz qalacaq, təşkilatçılar isə ikinci və dördüncü günlər üçün yeni adlar hazırlayacaqlar. Dünyanın dörd bir yanından gələn ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq”.“Qafqazinfo”
Zəruri hallarda biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun olaraq mümkün olacaq.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.
Onu da əlavə edək ki, festivalda bir sıra məşhur rusiyalı sənətçilərin iştirakı nəzərdə tutulurdu.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.