Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
18 Avqust 2026, 01:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
29.06.2025, 16:30
"AYNA-nın böyük bir layihəsi qüvvəyə mindi. Onlar demək olar ki, bütün dayanma-durma ərazilərini kameralaşdırdılar. Şəhərin müxtəlif yerlərində olan dayanma-durma ərazilərində sürücülərə cərimələr tətbiq edilməkdədir. Kameraların sayı isə həddən artıq çoxalıb".
Oxu24.com xəbər verir ki bu sözləri Yenisabah.az-a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O, bildirib ki, son zamanlar nəqliyyat sahəsində cərimələrin sayı xeyli artıb:
"Əslində belə bir tendensiya müşahidə olunur. Cərimələnmə halları çoxalıb. Çünki AYNA-nın böyük bir layihəsi qüvvəyə mindi. Onlar demək olar ki, bütün dayanma-durma ərazilərini kameralaşdırdılar. Şəhərin müxtəlif yerlərində olan dayanma-durma ərazilərində sürücülərə cərimələr tətbiq edilməkdədir. Kameraların sayı isə həddən artıq çoxalıb. Tutaq, şəhərdaxili maksimal sürət 60 kilometr/saat olaraq nəzərdə tutulur. Bəzən sürücü bu sürət həddini aşır. Elə prospektlər var ki, orada əvvəllər kameralar yox idi. İndi isə həmin prospektlərdə sürət həddinə nəzarət edən kameraların sayı kəskin artıb. Bu da öz təsirini göstərir". pizza
İlqar Hüseynli qeyd edib ki, bu kimi hallar avtomobil sürücülərinin işini xeyli çətinləşdirir:
"Xüsusən, Bakıdan ətraf ərazilərə, rayonlara hərəkət edərkən, magistral yolun sağ və solunda sürücülər bəzən maşınlarını saxlayırdılar. Həmin dayanma nöqtəsində vətəndaş heç vaxt cərimə olunmurdu. İndi hətta Bakı şəhərinin ətrafındakı magistralların sağında və solunda kameralar quraşdırılıb. Bu həm də sürücülərin qədərindən çox-çox artıq hərəkət məhdudluğuna, manevr imkanlarının məhdudlaşdırılmasına xidmət edir. Mən düşünürəm ki, bəzi təhlükəsiz yerlərdə bu kameraların sayını azaltmaq olar. Məsələn, elə etmək olar ki, sürücü dayandıqdan 5 dəqiqə sonra cərimələr tətbiq olunsun. Bunlar hamısı avtomobil sürücülərini kifayət qədər yükləyir. İnsanlar artıq dayanma-durma, yer tapma, parklama kimi məsələlərdə kifayət qədər çətinlik çəkir. Bu mənada cərimələrin sayı kifayət qədər çoxalıb".
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.