Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
18 Avqust 2026, 01:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
298
28.06.2025, 23:05
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısı genişləndirilir.
Bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunacaq.
Əmlak məsələləri üzrə ekspert Rahim Əliyev Musavat.com-a deyib ki, bu dəyişiklik o deməkdir ki, artıq təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində dağılan və yararsız vəziyyətə düşən evlərin yerinə dövlət hesabına tikilən yeni evlərin sənədləşdirilməsi daha asan olacaq:
“Əvvəllər belə evlərin rəsmi qeydiyyata alınması üçün daha çox sənəd tələb olunurdu. İndi isə həmin yeni tikilmiş evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı, tikinti layihəsinin memarlıq-planlaşdırma hissəsi və istismarına icazə sənədi bu proses üçün yetərli olacaq. Yəni bu sənədlər təqdim olunarsa, həmin mənzilin və ya evin rəsmi çıxarışı (kupçası) veriləcək”.
Ekspertin sözlərinə görə, məqsəd odur ki, insanlar itirdikləri evlərin əvəzində aldıqları yeni evlərin mülkiyyət sənədlərini daha tez və problemsiz ala bilsinlər:
“Bu dəyişiklik dövlət vəsaiti hesabına tikilən evlər üçün nəzərdə tutulur. Vətəndaşların əlavə sənəd toplamasına ehtiyac qalmayacaq, çünki lazım olan məlumatlar dövlət tərəfindən təqdim olunacaq”.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.