Tovuzda avtomobil su kanalına düşdü: ölənlər var
18 Avqust 2026, 09:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1082
27.06.2025, 12:33
“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub.
Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
09:08 / 18 Avqust 2026
1
08:57 / 18 Avqust 2026
27
08:54 / 18 Avqust 2026
32
01:37 / 18 Avqust 2026
67
23:40 / 17 Avqust 2026
192
23:28 / 17 Avqust 2026
119
23:13 / 17 Avqust 2026
81
23:00 / 17 Avqust 2026
126
22:22 / 17 Avqust 2026
72
21:56 / 17 Avqust 2026
136
21:49 / 17 Avqust 2026
151
21:43 / 17 Avqust 2026
135
21:33 / 17 Avqust 2026
169
20:56 / 17 Avqust 2026
113
20:26 / 17 Avqust 2026
92
20:14 / 17 Avqust 2026
163
19:48 / 17 Avqust 2026
101
19:35 / 17 Avqust 2026
86
19:24 / 17 Avqust 2026
110
19:10 / 17 Avqust 2026
113
18:58 / 17 Avqust 2026
99
18:51 / 17 Avqust 2026
103
18:45 / 17 Avqust 2026
404
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.