Bu rayonlardan Bakıya gələnlərə pis xəbər — Qadağa qoyula bilər
18 Avqust 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
26.06.2025, 23:49
Bakı şəhərində son zamanlar taksi sürücüləri ilə sərnişinlər arasında yaşanan narazılıqlar sosial şəbəkələrdə də tez-tez gündəmə gəlir.
Bəs belə hallarda vətəndaş hara müraciət etməlidir? Aidiyyəti qurumlar bu məsələlərə necə reaksiya verir?
Məsələ ilə bağlı yenisabah.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, hər hansı bir xidmətdə problem yaşanarsa, vətəndaşlar bu barədə dövlət orqanlarına, xüsusən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verməlidir. Əgər fakt təsdiqini tapırsa, sürücü dərhal xətdən uzaqlaşdırılır:
"Bu, qeyri-şərtsiz icra olunan bir prosesdir. Ona görə də vətəndaşlar özləri də aktiv olmalıdır. Beləliklə, yekun keyfiyyətin artırılmasına nail ola bilərik. Əgər bir neçə hal sosial şəbəkədə müzakirəyə çıxıbsa, bu, hələ kütləvi artım demək deyil. Rəsmi statistika ilə yanaşmaq lazımdır. Belə hallarda dövlətin aidiyyəti strukturları lazımi tədbirləri görür".
Ekspert qeyd edib ki, xidmət keyfiyyətinin artırılmasına nail olmaq üçün taksi şirkətlərinə müəyyən tələblər qoyulub. Onlardan biri də sürücülərin müştərilərlə necə davranmalı olduqları ilə bağlıdır:
"İslahatlardan əvvəl sərnişinlərin əsas şikayəti sürücülərin siqaret çəkməsi, avtomobili düzgün idarə etməməsi idi. Hazırda da bu cür hallar varsa, AYNA-nın 141 qaynar xəttinə, WhatsApp nömrəsinə və ya sosial media hesablarına faktlarla məlumat vermək lazımdır. Fakt təqdim olunarsa, dövlət mütləq tədbir görür. Əgər yeni maşınlarda da belə hallar yaşanırsa, bu barədə məlumat ötürülməlidir. Xidmətdə hər hansı nöqsan görürsünüzsə, dərhal müraciət etməlisiniz. Kobud davranış, siqaret çəkmək, maşının vaxtında gəlməməsi - bütün bunları konkret səbəblə bildirməlisiniz.
Son dövrlər sifariş olunan nəqliyyat vasitələri ilə faktiki gələn nəqliyyat vasitələri arasında uyğunsuzluqlar müşahidə olunur. Xüsusilə, mobil tətbiqdə göstərilən avtomobil nömrəsi ilə faktiki gələn avtomobilin nömrəsi fərqli olduğu təqdirdə, bu hal sistem tərəfindən avtomatik qeydə alınmalı və aidiyyəti qurumlara ötürülməlidir".
09:48 / 18 Avqust 2026
1
09:35 / 18 Avqust 2026
15
09:33 / 18 Avqust 2026
26
09:26 / 18 Avqust 2026
30
09:08 / 18 Avqust 2026
45
09:08 / 18 Avqust 2026
41
08:57 / 18 Avqust 2026
45
08:54 / 18 Avqust 2026
44
01:37 / 18 Avqust 2026
69
23:40 / 17 Avqust 2026
197
23:28 / 17 Avqust 2026
123
23:13 / 17 Avqust 2026
82
23:00 / 17 Avqust 2026
129
22:22 / 17 Avqust 2026
73
21:56 / 17 Avqust 2026
138
21:49 / 17 Avqust 2026
152
21:43 / 17 Avqust 2026
136
21:33 / 17 Avqust 2026
178
20:56 / 17 Avqust 2026
115
20:26 / 17 Avqust 2026
92
20:14 / 17 Avqust 2026
163
19:48 / 17 Avqust 2026
102
19:35 / 17 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.