Satan nağd istəmişdi, alan nisyə... Aqşin Yenisey YAZIR
18 Avqust 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1639
26.06.2025, 15:29
Bu gün şəhid Hüseyn İsmayılovun doğum günüdür.
Oxu24.com xatırladır ki,yaşasaydı,29 yaşını qeyd edəcəkdi.
Hüseyn İsmayılov 26 iyun 1996-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.
İlk təhsilini doğulduğu kənddə alıb. Ailəli idi, 2 övladı yadigar qaldı.
2016-ci ildə hərbi xidmətə yollanan Hüseyn hərbi xidmət müddətində Aprel döyüşlərində də iştirak edib.O, 21 yaşında, 2017-ci ildə MAHHXHQ əsgər olub.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə ağır yara aldığına görə xəstəxanaya yerləşdirilsə də, 4 noyabr tarixində yenidən döyüş meydanına qayıtmışdır. 1 gün sonra 5 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən əsgər Hüseyn İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn İsmayılov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
10:25 / 18 Avqust 2026
1
10:23 / 18 Avqust 2026
8
10:14 / 18 Avqust 2026
28
10:14 / 18 Avqust 2026
71
09:59 / 18 Avqust 2026
50
09:48 / 18 Avqust 2026
48
09:33 / 18 Avqust 2026
116
09:26 / 18 Avqust 2026
59
09:08 / 18 Avqust 2026
67
09:08 / 18 Avqust 2026
63
08:57 / 18 Avqust 2026
66
08:54 / 18 Avqust 2026
57
01:37 / 18 Avqust 2026
71
23:40 / 17 Avqust 2026
204
23:28 / 17 Avqust 2026
124
23:13 / 17 Avqust 2026
84
23:00 / 17 Avqust 2026
130
22:22 / 17 Avqust 2026
74
21:56 / 17 Avqust 2026
139
21:49 / 17 Avqust 2026
153
21:43 / 17 Avqust 2026
137
21:33 / 17 Avqust 2026
178
20:56 / 17 Avqust 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.