Kəramət Kürdəmirdən paylaşım etdi - camaat onu hədələdi - GÖRÜNTÜ
18 Avqust 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1085
26.06.2025, 12:52
"Bəzən sosial şəbəkələrdə bəzi vətəndaşların tibb sahəsi ilə bağlı gileyli paylaşımlarına rast gəlirik.Təbii ki, bu sahə olduqca məsuliyyətli və çətin sahədir. Problemlərin,çatışmazlıqların olması da təbiidir. Çünki,belə bir məsuliyyətli yükü çiyinlərində daşımaq o qədər də asan deyil. Hansı ki, bu yükü bizim tibb işçilərimiz,həkimlərimiz,tibb bacılarımız daşıyır.Bugünkü paylaşımın problemlərdən yox, həkimlərin necə məsuliyyətli və peşəkar olmaları ilə bağlıdır.Onlara təşəkkür etmək istəyirəm."
Bu sözləri oxu24.com saytına jurnalist Nigarxanım bildirib.Onun sözlərinə görə,övladının səhhətində yaranmış problemlə bağlı Binəqədi rayonunda yerləşən Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına müraciət edib.Jurnalistin bildirdiyinə görə,tibb işçilərinin peşəkar və insani davranışları onun bu minnətdarlığı bildirməsini əsas verib.
"Mənə göstərilən diqqət və qayğıya görə 6 saylı xəstəxananın bütün kollektivinə – həkimlərə, tibb bacılarına və tibb personalına dərin təşəkkürümü bildirirəm.
Xəstəxanada olduğum müddətdə həm peşəkar tibbi xidmət, həm də insani münasibət gördüm. Hər bir həkimin səbrli yanaşması, tibb bacılarının qayğıkeşliyi, ümumilikdə bütün heyətin diqqəti və anlayışı mənə rahatlıq və güvən verdi.
Xüsusilə vurğulamaq istəyirəm ki, belə işgüzar, mehriban və savadlı personalın xidmətində olmaq mənim üçün böyük xoşbəxtlik idi. Verdikləri dəyərə görə hər birinə minnətdaram.
Uğurlarınız bol olsun!",-deyə jurnalist müraciətində bildirib.
Qeyd edək ki, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi" publik-hüquqi şəxsin baş direktoru Mirzəyev Müşviq Həsən oğludur.Qeyd olunan xəstəxanada Bakı şəhərində fəaliyyət göstərən ən qədim xəstəxanalrdan biridir. 1970-ci ildə yaradılan xəstəxanada 195 çarpayı sayı var. Xəstələrə ümumilikdə 540 nəfər tibb heyəti xidmət göstərir.
Miri
10:59 / 18 Avqust 2026
5
10:43 / 18 Avqust 2026
31
10:39 / 18 Avqust 2026
36
10:34 / 18 Avqust 2026
52
10:25 / 18 Avqust 2026
45
10:23 / 18 Avqust 2026
47
10:14 / 18 Avqust 2026
47
10:14 / 18 Avqust 2026
148
09:59 / 18 Avqust 2026
59
09:48 / 18 Avqust 2026
53
09:33 / 18 Avqust 2026
150
09:26 / 18 Avqust 2026
65
09:08 / 18 Avqust 2026
70
09:08 / 18 Avqust 2026
65
08:57 / 18 Avqust 2026
68
08:54 / 18 Avqust 2026
60
01:37 / 18 Avqust 2026
73
23:40 / 17 Avqust 2026
204
23:28 / 17 Avqust 2026
124
23:13 / 17 Avqust 2026
84
23:00 / 17 Avqust 2026
131
22:22 / 17 Avqust 2026
75
21:56 / 17 Avqust 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.