TƏCİLİ!Həmin şəxs tutularaq Azərbaycana gətirilir
18 Avqust 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
247
26.06.2025, 10:41
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakıda Maliyyə Texnologiyaları Sammiti (Fintex Summit 2025) təşkil olunub.
24-25 iyun tarixlərində keçirilən, bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyası mövzularını əhatə edən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin, eləcə də yerli qurumların rəhbər şəxsləri iştirak ediblər.
Tədbir ərazisində quraşdırılmış “AzInTelecom” stendində iştirakçılara SİMA və şirkətin digər rəqəmsal məhsulları ilə bağlı məlumat verilib.
Sammitin ilk günü “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli panel müzakirələrdə SİMA texnologiyasının maliyyə sektoru üçün üstünlüklərindən danışıb. O bildirib ki, fərdi sahibkarlar üçün “SİMA İmza”nın İnternet Vergi İdarəsinə genişmiqyaslı inteqrasiyası tamamlanıb və hazırda sahibkarlar “6AYPULSUZ” promokudu ilə “SİMA İmza” tətbiqindən 6 ay müddətdə pulsuz istifadə edə bilərlər.
Tamerlan Məşədihəsənli SİMA-nın maliyyə sektoru üçün yeni xidmətlərindən sayılan “SİMA KYC Videozəng” və “Videoqeydiyyat” həlləri barədə də danışıb. O, bu xidmət sayəsində maliyyə qurumlarının vətəndaşların şəxsiyyətini real vaxt rejimində yüksək dəqiqlik və etibarlılıqla təsdiqləyə bildiyini qeyd edib.
Qeyd edək ki, “SİMA KYC” qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. “SİMA KYC” ilə bağlı ətraflı məlumatı sima.az saytından və 157 Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

11:29 / 18 Avqust 2026
1
11:21 / 18 Avqust 2026
24
11:17 / 18 Avqust 2026
25
11:17 / 18 Avqust 2026
30
11:13 / 18 Avqust 2026
78
11:03 / 18 Avqust 2026
36
10:59 / 18 Avqust 2026
45
10:43 / 18 Avqust 2026
124
10:39 / 18 Avqust 2026
45
10:34 / 18 Avqust 2026
59
10:25 / 18 Avqust 2026
53
10:23 / 18 Avqust 2026
55
10:14 / 18 Avqust 2026
54
10:14 / 18 Avqust 2026
196
09:59 / 18 Avqust 2026
63
09:48 / 18 Avqust 2026
55
09:33 / 18 Avqust 2026
168
09:26 / 18 Avqust 2026
68
09:08 / 18 Avqust 2026
73
09:08 / 18 Avqust 2026
67
08:57 / 18 Avqust 2026
72
08:54 / 18 Avqust 2026
62
01:37 / 18 Avqust 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.