TƏCİLİ!Həmin şəxs tutularaq Azərbaycana gətirilir
18 Avqust 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
194
26.06.2025, 09:45
Bir çox sürücü yanacaq buxarlarının nəzarətdə saxlanması üçün quraşdırılan EVAP sisteminin mövcudluğundan və onun necə işlədiyindən xəbərsizdir. Hansı ki, düzgün istifadə edilmədikdə həm təbiətə zərər vurur, həm də avtomobildə ciddi nasazlıqlara yol aça bilər.
EVAP (Evaporative Emission Control System) avtomobilin yanacaq sistemində yaranan benzin buxarlarını atmosferə buraxmadan tutaraq onları yenidən mühərrikə qaytaran sistemdir. Benzin təkcə maye formasında deyil, istidə buxarlanaraq qaz halına da keçir. Əgər bu buxarlar sərbəst buraxılsa, havanı çirkləndirər və həm də yanacaq itkisinə səbəb olar.
EVAP sistemi bu buxarları xüsusi "charcoal canister" (kömür filtri) adlı qurğuda toplayır və lazım olduqda bu buxarı mühərrikə ötürərək yanma prosesində istifadə olunmasını təmin edir. Beləliklə həm təmiz mühit təmin olunur, həm də yanacaq israfı azaldılır.
Benzin çənini tam doldurmaq niyə zərərlidir?
Bir çox sürücü tapança klik etdikdən sonra çəni tam "ağzınacan" doldurmaq vərdişinə malikdir. Bu isə EVAP sisteminin işini pozur. Çünki benzin çəni heç vaxt tam doldurulmaq üçün nəzərdə tutulmayıb - təqribən 5-10% boş yer qalmalıdır. Bu boşluq "buxar yastığı" rolunu oynayır və istilikdə genişlənən benzin və buxarlar üçün təhlükəsiz sahə yaradır.
Əgər çən tam doludursa:
Genişlənən benzin kömür filtrinə dolaraq onu zədələyə bilər,
EVAP klapanları sıradan çıxa bilər,
Sistemdə təzyiq artar və bu, "Check Engine" lampasının yanmasına səbəb ola bilər,
Avtomobildə benzin iyi yayılmağa başlaya bilər.
Avtomobilin EVAP sistemi həm ətraf mühitin qorunması, həm də texniki sağlamlıq baxımından mühüm rol oynayır. Bu sistemin düzgün işləməsi üçün sürücü sadə bir qaydaya əməl etməlidir: tapança klik etdikdən sonra benzin doldurmaqdan imtina etmək. Bu həm yanacaq sistemini, həm filtrləri qoruyacaq, həm də sizi əlavə təmir xərclərindən yayındıracaq.
11:29 / 18 Avqust 2026
1
11:21 / 18 Avqust 2026
24
11:17 / 18 Avqust 2026
25
11:17 / 18 Avqust 2026
30
11:13 / 18 Avqust 2026
78
11:03 / 18 Avqust 2026
36
10:59 / 18 Avqust 2026
45
10:43 / 18 Avqust 2026
124
10:39 / 18 Avqust 2026
45
10:34 / 18 Avqust 2026
59
10:25 / 18 Avqust 2026
53
10:23 / 18 Avqust 2026
55
10:14 / 18 Avqust 2026
54
10:14 / 18 Avqust 2026
196
09:59 / 18 Avqust 2026
63
09:48 / 18 Avqust 2026
55
09:33 / 18 Avqust 2026
168
09:26 / 18 Avqust 2026
68
09:08 / 18 Avqust 2026
73
09:08 / 18 Avqust 2026
67
08:57 / 18 Avqust 2026
72
08:54 / 18 Avqust 2026
62
01:37 / 18 Avqust 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.