Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvanda su olmayacaq

CƏMİYYƏT

62

25.06.2025, 09:55

Bu gün Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

Oxu24.com-un  məlumatına görə, Qaraçuq kəndi, Qaraxanbəyli kəndi , Bulqan kəndi və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.