“Polis haqqında” Qanuna dəyişiklik edildi
05 Avqust 2025, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86MM inzibati cəriməni 10 günə ödəyənlərin məbləğin 10%-dən azad edilməsini son oxunuşda təsdiqləyib
CƏMİYYƏT
110
24.06.2025, 12:29
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri son oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.
Qeyd edilib ki, təqdim edilən qanun layihəsi İnzibati xətalar haqqında protokolların, qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etmək və inzibati xətalar haqqında işlərin baxılmasında operativliyin təmin edilməsi məqsədilə hazırlanıb
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.
Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.
Həmçinin qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.
Layihədə Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 45-1-ci maddəyə əsasən inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə "İCMAL" informasiya sisteminin yaradılması təklif edilir.
Həmçinin oxuyun
Belə ki, "İCMAL" informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejimində və avtomatlaşdırılmış qaydada izlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokollar və qərarlar (qərardadlar) barədə məlumatların "İCMAL" informasiya sisteminə ötürülməsi təklif edilir. Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra "İCMAL" informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. "İCMAL" informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işlər üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcək.
Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunub. Bundan başqa, 16-1-ci fəslin adının və həmin fəsildə əks olunan 127-3-cü və 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilməsi nəzərdə tutulur.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində İnzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
21:08 / 05 Avqust 2025
“Polis haqqında” Qanuna dəyişiklik edildi
1
21:00 / 05 Avqust 2025
Krım körpüsünü keçənlərə xəbərdarlıq
19
20:45 / 05 Avqust 2025
Pezeşkian Xameneinin müşavirini vəzifəyə təyin etdi
26
19:33 / 05 Avqust 2025
Türkiyə Ordusuna yeni Baş Qərargah rəisi seçildi
34
17:39 / 05 Avqust 2025
Canlı yayımda itkin düşən qızın meyitini TAPDI - VİDEO
138
17:24 / 05 Avqust 2025
Bu ölkədə temperatur yüksək dərəcəyə çatdı
63
15:15 / 05 Avqust 2025
Kamçatka zəlzələdən sonra iki metr yerindən tərpənib
64
14:36 / 05 Avqust 2025
Ana və övladı faciəli şəkildə öldü
83
14:30 / 05 Avqust 2025
Kreml ABŞ-ın Hindistana təhdidlərindən danışıb
63
14:10 / 05 Avqust 2025
101 yaşında öldü
156
14:06 / 05 Avqust 2025
Yaponiya dəhşətli istilərlə üz-üzə
232
13:59 / 05 Avqust 2025
Moskvada miqrantların kütləvi həbsi başlayıb - VİDEO
74
13:59 / 05 Avqust 2025
Hindistan valyutası Trampın təhdidləri fonunda ucuzlaşır
67
13:54 / 05 Avqust 2025
ABŞ və Rusiya arasında nüvə gərginliyi artıb: Tramp 2 sualtı qayığın yerləşdirilməsi barədə məlumat verib
67
13:50 / 05 Avqust 2025
ABŞ Yaponiyaya nüvə zərbələri üçün istifadə edilən aerodromu bərpa edir
68
13:49 / 05 Avqust 2025
Pişik tükü insanı öldürürmü? - Dünyasını dəyişən baytarla bağlı MÜƏMMA
97
13:45 / 05 Avqust 2025
Səfir Ərdoğanın Kiyevə gözlənilən səfərini inkar edir
73
13:45 / 05 Avqust 2025
Rusiya zərbələr endirib
72
13:18 / 05 Avqust 2025
Polşa ABŞ ordusunu Rusiya ilə müharibə təhlükəsini artırmaqda ittiham edir
63
12:49 / 05 Avqust 2025
“SOCAR”dan "Aİ-95" benzini ilə bağlı AÇIQLAMA: Bu gündən etibarən...
747
12:35 / 05 Avqust 2025
Qarabağın qadın veteranı hazırda xərçənglə mübarizə aparır
77
12:25 / 05 Avqust 2025
Finlandiyadan gələn gəmi qanunsuz olaraq Rusiya sərhədini keçib
68
12:22 / 05 Avqust 2025
Bu dəfə aliment verməyən ana cəzalandırıldı
68
11:58 / 05 Avqust 2025
İstanbulda metroda qadına əxlaqsızlıq edən kişi tutuldu - VİDEO
1407
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.