Azərbaycan CNN-i məhkəməyə verdi
18 Avqust 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
231
23.06.2025, 12:45
İyunun 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDIA) və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramına start verilib.
MEDIA-dan Oxu24.com-a verilən xəbərə görə, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, sözügedən proqram gənc jurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları informasiya mühitində mövcud çağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağı hədəfləyir. O, layihənin jurnalistlərin etik prinsiplərə sadiq qalaraq keyfiyyətli və obyektiv xəbər istehsalına mühüm töhfə verəcəyini vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, media sahəsində peşəkarlığın artırılması, müasir jurnalistika standartlarının təşviqi və rəqəmsal dövrdə yeni bacarıqların əldə olunması baxımından belə beynəlxalq platformaların rolu böyükdür. O, tədris proqramının Azərbaycanda informasiya mühitinin inkişafı və jurnalistlərin beynəlxalq təcrübə ilə zənginləşməsində vacib rol oynayacağını qeyd edib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu isə çıxışında belə təşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinə inteqrasiyasına təkan verdiyini bildirib. O diqqətə çatdırıb ki, beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət imkanını təmin edən proqramlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə şərait yaradır.
Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasında keçirilən beşgünlük təlim proqramının ilk günü “Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərin toplanması, məlumatların təhlili və faktlara əsaslanan jurnalistikanın əsas prinsipləri ilə tanış olublar.
Təlim proqramı interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri, mətn və video analizləri ilə davam edib.
Qeyd edək ki, təlim proqramı iyunun 27-dək davam edəcək.
18:06 / 18 Avqust 2026
1
17:55 / 18 Avqust 2026
29
17:40 / 18 Avqust 2026
39
17:25 / 18 Avqust 2026
56
17:10 / 18 Avqust 2026
57
16:51 / 18 Avqust 2026
49
16:45 / 18 Avqust 2026
66
16:30 / 18 Avqust 2026
62
16:15 / 18 Avqust 2026
72
16:07 / 18 Avqust 2026
70
15:55 / 18 Avqust 2026
59
15:40 / 18 Avqust 2026
88
15:30 / 18 Avqust 2026
88
15:28 / 18 Avqust 2026
73
15:15 / 18 Avqust 2026
78
15:08 / 18 Avqust 2026
91
15:06 / 18 Avqust 2026
66
14:50 / 18 Avqust 2026
83
14:38 / 18 Avqust 2026
87
14:30 / 18 Avqust 2026
89
14:15 / 18 Avqust 2026
78
14:12 / 18 Avqust 2026
82
14:05 / 18 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.