Azərbaycan CNN-i məhkəməyə verdi
18 Avqust 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
23.06.2025, 11:04
"Milli Məclis “Yaşayış minimumu haqqında” qanunu qəbul edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu və bu da institutsional olaraq onların həmin imkandan tam faydalanmasına imkan vermirdi:
"Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.
Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki o meyar nə qədər çox artırsa, dövlət büdcəsindən sosial yardıma o qədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir".
18:06 / 18 Avqust 2026
1
17:55 / 18 Avqust 2026
29
17:40 / 18 Avqust 2026
39
17:25 / 18 Avqust 2026
56
17:10 / 18 Avqust 2026
57
16:51 / 18 Avqust 2026
49
16:45 / 18 Avqust 2026
66
16:30 / 18 Avqust 2026
62
16:15 / 18 Avqust 2026
72
16:07 / 18 Avqust 2026
70
15:55 / 18 Avqust 2026
59
15:40 / 18 Avqust 2026
88
15:30 / 18 Avqust 2026
88
15:28 / 18 Avqust 2026
73
15:15 / 18 Avqust 2026
78
15:08 / 18 Avqust 2026
91
15:06 / 18 Avqust 2026
66
14:50 / 18 Avqust 2026
83
14:38 / 18 Avqust 2026
87
14:30 / 18 Avqust 2026
89
14:15 / 18 Avqust 2026
78
14:12 / 18 Avqust 2026
82
14:05 / 18 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.