Kanalda batan Dəniz respublika çempionu imiş - VİDEO
16 İyul 2025, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR
CƏMİYYƏT
4116
23.06.2025, 10:13
Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarovanın oğlu Enerji Məsələlərini Tənzimləmə Agentliyində yüksək vəzifə tutur.
Oxu24.com-un modern.az-a istinadla məlumatına görə, Xalq artistinin oğlu Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.
Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.
Agentlik hazırda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı ilə fəaliyyət göstərir.
Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyəti sədrinin iki müavinindən biridir.
R.Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.
Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.
2001-2007-ci illərdə Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Həmçinin oxuyun
2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub.
2012-2017-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, komitə sədrinin müavini postunu tutub.
2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
Hazırda 89 yaşı olan Zeynəb Xanlarova 1985-ci ildən 2020-ci ilə kimi parlamentin deputatı olub. 1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal”, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Zeynəb Xanlarovanın iki oğlu var - Ramin və Ramal Babayevlər.
Zeynəb Xanlarovanın həyat yoldaşı Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.
23:54 / 16 İyul 2025
Kanalda batan Dəniz respublika çempionu imiş - VİDEO
32
23:37 / 16 İyul 2025
Laçında meşə yanır - yenilənib - VİDEO
56
22:30 / 16 İyul 2025
Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər - SƏBƏB
69
21:16 / 16 İyul 2025
Natiq Dağlaroğlunun ölüm xəbəri yayıldı - VİDEO
94
20:40 / 16 İyul 2025
İlqar İsmayılov azadlığa buraxıldı
207
20:00 / 16 İyul 2025
İsrail ordusu Dəməşqə güclü zərbələr endirdi - Ölənlər var-Yenilənib
98
19:45 / 16 İyul 2025
Yasamalda qadın güllələndi - Əri saxlanıldı - Yenilənib
99
19:30 / 16 İyul 2025
Liderlər və övladları şəkil çəkdirdilər - Video
112
19:15 / 16 İyul 2025
Ağdaşda kanalda gənc batıb
96
18:59 / 16 İyul 2025
Bu rayonda qaz məhdudiyyəti yaranacaq
122
18:41 / 16 İyul 2025
Azərbaycanlı reper həbs olundu
109
18:29 / 16 İyul 2025
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi
118
18:19 / 16 İyul 2025
"30 ilə yaxındır dua edib oruc tuturam"
136
18:07 / 16 İyul 2025
Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır
122
17:54 / 16 İyul 2025
Ukraynada hökumətin istefası təsdiqləndi – Yeni nazirlər gözlənilir
111
16:30 / 16 İyul 2025
İsrailin məşhur şirkəti ilə bağlı araşdırma başlanılıb
125
16:15 / 16 İyul 2025
Zelenski Baydenlə Tramp arasındakı əsas fərqi açıqlayıb
118
16:00 / 16 İyul 2025
Mask Trampla mübahisədən sonra telefon nömrəsini dəyişib
142
16:00 / 16 İyul 2025
Mer yaralandı
133
15:58 / 16 İyul 2025
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
185
15:44 / 16 İyul 2025
SON DƏQİQƏ! Bakıda qadın güllələndi
1523
15:37 / 16 İyul 2025
Gürcüstanda polislərə hücum oldu
241
15:33 / 16 İyul 2025
Çindən Türkiyəyə ilk yük qatarları göndərildi
231
15:13 / 16 İyul 2025
Ukraynada deputatlar dalaşdı
206
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.