Kralın səhhəti kəskin pisləşib - KİV
17 Avqust 2025, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86Niyə avropalılar XVIII əsrdə üz və saçlarını pudralayırdı?
CƏMİYYƏT
113
23.06.2025, 09:49
XVII-XVIII əsr Avropa kişiləri adətən iri ağ pariklərdə, pudralanmış üzlə, çəkilmiş "ben"lərlə, dəbdəbəli kaptanlar və krujevalı jabotalı köynəklərlə təsvir olunur. Ancaq niyə saç və üz pudralanırdı, bu nə məqsədə xidmət edirdi və bu manipulyasiyalar hansı nəticələrə gətirib çıxarırdı - bunu az adam bilir.
Oxu24.com "Unian"a istinadən bunun səbəblərini təqdim edir.
Avropada pariklər niyə taxılırdı?
"Parik" sözü ilə tanınan, uzun dalğalı saçlardan ibarət baş örtüyü əslində "alonj" adlanır və fransız dilindəki "allonger" - "uzatmaq" sözündən gəlir. Bu dəb Fransada ilk dəfə XVII əsrdə kral XIV Lüdovikin təşəbbüsü ilə yayılıb. O, ağır saç tökülməsindən əziyyət çəkdiyindən, şəxsi bərbəri Benoadan aldığı ilk alonj qızılı-qırmızımtıl rəngli təbii saçlardan hazırlanıb və aslan yelesini xatırladırdı. Kralın ardınca bütün fransız aristokratları bu dəbi mənimsəyib.
Daha sonra, qar kimi ağ alonjlar dəbə mindikdə, saçlar bol miqdarda un və ya xüsusi parik pudrası ilə örtülməyə başlanıb. Ziyalı təbəqəyə məxsus alonjlar yalnız qadın saçlarından hazırlanıb. Hətta belə bir versiya da var ki, bu saçlar çox vaxt edam olunmuş şəxslərdən götürülüb. Belə pariklər olduqca bahalı olub, lakin zadəganlar bu dəbdən imtina etməyiblər. Baş örtüyü olmadan cəmiyyətə çıxmaq etik normalara zidd sayılıb.
Pariki almağa imkanı olmayan məmurlar, burjuaziyalar, katiblər və zabitlər isə qoyun, keçi yunu və ya at, it quyruğundan hazırlanan daha ucuz versiyalarla kifayətləniblər. Maraqlıdır ki, məhz quyruq saçlarından hazırlanmış pariklər bu günə qədər İngiltərə və Avstraliya məhkəmə sistemlərində hakimlər tərəfindən istifadə olunur.
Parik taxılmasının ilk səbəbi - insanlarda saçsız görünmək qorxusu olub. Kişilər, müxtəlif səbəblərdən, o cümlədən yaşla bağlı və ya xəstəliklər üzündən meydana çıxan keçəllikdən utanıblar. XV əsrdən etibarən Avropanı bürüyən sifilis xəstəliyi insanlarda yalnız səpkilər və yaralar deyil, həm də görmə və yaddaş itkisi, eləcə də saç tökülməsi yaradıb. Başdakı çapıqları və izləri gizlətmək üçün parikdən istifadə olunub - bu, vizual effekt baxımından ideal idi.
İkinci əsas səbəb isə - bitlər olub. Bu parazitlər təkcə kasıblara deyil, varlı şəxslərə də təsir edib. Müxtəlif üsullarla mübarizə aparılsa da, saçları tam qırxmaq və parik taxmaq ən effektiv çıxış yolu kimi qəbul edilib. Alonj artıq istifadə üçün yararsız olduqda, parik bərbərə verilir, orada yuyulub qaynadılır, qurudulur, daranır və yenidən sahibinə qaytarılıb.
Həmçinin oxuyun
Avropada üz niyə pudralanırdı?
Tarixlə az da olsa maraqlanan hər kəs "qara çiçək" terminini eşidib. Bu xəstəlik Orta əsrlərdə Avropada saysız-hesabsız insanın ölümünə səbəb olub. XV əsrə qədər Avropa bir növ "böyük xəstəxana"ya çevrilib - həkimlər fasiləsiz işləyir, lakin virusla mübarizədə aciz qalıblar. Bu dövrdə hər ikinci insan çiçək xəstəliyinə yoluxub. Almanlar hətta belə bir məsəldə deyirdilər: "Von Pocken und Liebe bleiben nur Wenige frei" - "Çiçəkdən və məhəbbətdən çox az adam qaça bilir".
Yəni, çiçəyə yoluxanlar arasında aristokratlar da olub və onlar XVII-XVIII əsrlərdə xəstəliyin izlərini gizlətməyə çalışıblar. İnsanlar tez başa düşüblər ki, üzə qalın təbəqədə ağ pudra çəkilsə, çapıqlar görünməz hala gəlir və bu cəmiyyətin ali təbəqəsini tam qane edib. Demək olar ki, hər kəs çiçək keçirdiyi üçün pudraya tələbat da çox olub və bununla paralel olaraq təklif də artıb.
Təəssüf ki, həmin dövrdə müasir texnologiyalar mövcud deyildi. Pudra hazırlanmasında əsas komponent kimi "ağ qurğuşun" adlı zərərli mineral boya istifadə olunub. Bu maddə rəssamlar arasında da tanınıb - sürətlə quruyur və səthi yaxşı örtür. Lakin yüksək toksikliyi səbəbindən qurğuşun insan orqanizmini zəhərləyir. Nəticədə aristokratlar baş ağrısı, ürəkbulanma, bağırsaq xəstəlikləri və hətta korluqdan əziyyət çəkilər.
Bu dəb nə vaxt sona çatdı?
Parik və pudra dəbi yalnız XVIII əsrin sonlarında tərk edilib. Buna əsas səbəb Fransız inqilabı və onun ardınca gələn iqtisadi böhran olub. Alonj taxmaq nəinki dəbdən düşüb, həm də iqtisadi baxımdan əlverişsiz və mənasız sayılıb - Avropa ölkələri demokratik dəyərlərə və bərabərliyə üstünlük verməyə başlayaraq, köhnə monarxik rejimin və dəbdəbənin simvollarından imtina ediblər.
15:00 / 17 Avqust 2025
Rəqsanə buna görə həbs olunub - İş adamını azadlığa buraxdıracaqmış - TƏFƏRRÜAT
66
14:54 / 17 Avqust 2025
Bu süni intellekt kobud istifadəçilərin suallarına cavab verməyəcək
24
14:34 / 17 Avqust 2025
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
85
13:19 / 17 Avqust 2025
Alyaskadakı danışıqları dəyərləndirdi - Video
33
13:04 / 17 Avqust 2025
Kralın səhhəti kəskin pisləşib - KİV
35
12:55 / 17 Avqust 2025
Vidadi Babanlı dəfn edildi - Fotolar
72
12:40 / 17 Avqust 2025
Sabahın havası açıqlandı
133
12:34 / 17 Avqust 2025
Azərbaycan donanması müasirləşir və güclənir: “Salvo” gəmilərinin üstünlükləri nələrdir?
143
00:12 / 17 Avqust 2025
Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva vəfat edib
93
21:24 / 16 Avqust 2025
Avropa liderləri Ukraynaya görə toplanır
219
20:13 / 16 Avqust 2025
Rəqsanəni hansı cəza gözləyir?
227
20:10 / 16 Avqust 2025
Ərdoğandan Tramp-Putin görüşünə - Münasibət
99
18:34 / 16 Avqust 2025
Rəqsanə həbs edildi
146
18:26 / 16 Avqust 2025
Balakəndə camış sahibini öldürdü
98
17:31 / 16 Avqust 2025
Vidadi Babanlı vəfat etdi
103
17:03 / 16 Avqust 2025
Alyaska görüşünü müzakirə etdilər
232
16:06 / 16 Avqust 2025
Tramp Ukrayna-Rusiya müharibəsinə son qoymağın yolunu açıqladı
119
14:29 / 16 Avqust 2025
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edildi
114
13:57 / 16 Avqust 2025
Bazar gününün - Havası
104
13:11 / 16 Avqust 2025
Trampdan Zelenskiyə məsləhət
121
12:53 / 16 Avqust 2025
Bakıda güclü partlayış olub - FOTO
1018
12:52 / 16 Avqust 2025
DYP hərəkət iştirakçılarına müraciət edib
121
12:49 / 16 Avqust 2025
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
135
12:44 / 16 Avqust 2025
Rayondan Bakıya gələn qız itkin düşdü
137
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.